AVTO

Çin avtomobillərinin Gəncədə satışı başlayır
10 AVQUST
745

Çin avtomobillərinin Gəncədə satışı başlayır

2017-08-10 10:15:00

Azərbaycanda bir çox Çin brendlərinin rəsmi və yeganə distribyutoru olan Sirena Motors şirkəti Gəncədə sərgi satış salonunu və servis mərkəzini açıb. Bu barədə fins.az şirkəti marketinq meneceri Eyyub Əliyev bildirib. Onun sözlərinə görə, bir neçə gündür fəaliyyət göstərən salonun rəsmi açılış mərasimi sentyabr ayının ilk 10 günlüyünə təsadüf edəcək. Gəncə salonu müştərilərinə Changan , Baic və Gac markalarının müxtəlif modellərini təqdim edir: "Artıq avtomobil almaq üçün Bakıya gəlməyə ehtiyac olmayacaq. Bütün sənədləşmələr salonun daxilində baş tutacaq".

Xatırladaq ki, Sirena Motors 2013 cü ildən fəaliyyət göstərir. Bakı şəhərində şirkətin 4 sərgi satış salonu və bir servis mərkəzi fəaliyyət göstərir. Şirkətdən verilən məlumata növbəti salon və servisin Lənkəran şəhərində açılması planlaşdırılır.

Sirena Motorsda avtomobillər bir ildən beş ilədək sadələşdirilmiş lizinq şərtləri ilə satılır. Ilkin ödəniş 15% təşkil edir. ətraflı məlumat əldə etmək üçün şəhər nömrələrindən və mobil operatorlardan 1630 nömrəsinə zəng edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287