AVTO

Bakıda yeni “Porsche” salonu açılacaq
09 AVQUST
210

Bakıda yeni “Porsche” salonu açılacaq

2017-08-09 12:56:00

Bakıda yeni “Porsche” salonu açılacaq. Bu barədə Fins.az Porsche Bakı Mərkəzindən bildirilib. Məlumata görə, lüks avtomobil brendinin Bakıdakı ikinci salonu Neftçilər prospektində Kukla Teatrı ilə üzbəüz ərazidə fəaliyyət göstərəcək. Şirkətin nümayəndəsi Zəka Əlibəyov Fins.az bildirib ki, yeni ünvan yalnız satış salonu olaraq fəaliyyət göstərəcək: “Hazırda bu istiqamətdə işlər görülür, amma açılış tarixi hələlik məlum deyil”.

Qeyd edək ki, marka üzrə Azərbaycanda yeni modellərin satışı artıb. Xəbər verdiyimiz kimi, Prosche bu ilin I rübündə 21, II rübdə isə 26 lüks avtomobil olmaqla, ümumilikdə yarım ildə 47 avtomobil satıb.

Eləcə də bax: Azərbaycanda ən çox satılan bahalı avtomobillər – İNFOQRAFİKA

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+32°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9988
  • ₽ RUB
    0.0288