AVTO

Bakıda ikinci əl “Hyundai”lara zəmanət veriləcək
09 AVQUST
1107

Bakıda ikinci əl “Hyundai”lara zəmanət veriləcək

2017-08-09 12:20:00

Bakıda ikinci əl “Hyundai”ların qəbulu başlayıb. Yeniliyi “Hyundai” avtomobillərinin Azərbaycanda rəsmi təmsilçisi “Auto Azerbaijan” şirkəti həyata keçirir. Bu barədə Fins.az-a şirkətin marketinq departamentinin rəhbəri Rauf Cahangirov bildirib. Onun sözlərinə görə, “Auto Azerbaijan” istehsal ilindən və avtomobilin rəsmi dilerdən alınıb-alınmamasından aslı olmayaraq kuzov panelləri təmir edilməmiş, təhlükəsizlik yastıqları açılmamış və odometrdə yürüş məsafəsinə müdaxilə edilməmiş ikinci əl “Hyundai”ları qəbul edir.

R. Cahangirov istisna hallarda bəzi avtomobillərin qəbul edilməyidini bildirib: “Az satılan və yaxud müştərilərin maraq göstərmədiyi bəzi rənglərdə- məsələn, çəhrayı rəngdə avtomobil və yaxud ciddi problem yaradacaq müdaxilələr edilən avtomobil qəbul edilməyə bilər”.

R.Cahangirov qeyd edib ki, qəbul edilən hər bir “Hyundai” bazar qiymətinə əsasən dəyərləndirilir. Müştərinin istəyindən aslı olaraq köhnə “Hyundai” yenisi ilə barter edilə bilər və yaxud nağd şəkildə avtomobilin dəyəri ödənilə bilər.

Rəsmi dilerin aldığı ikinci əl avtomobillərin satışına gəlincə, şirkət nümayəndəsi deyib ki, avtomobillər rəsmi Hyundai servisi tərəfindən kompleks şəkildə yoxlanır. Avtomobillər xüsui təmir-bərpa işləri aparılmaqla satışa hazırlanır. Rəsmi diler eyni zamanda avtomobillərə 6 aydan 1 ilə qədər, yaxud 20 min kilometr zəmanət verir.

Rahim Tariverdiyev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297