AVTO

Azərbaycanda ən ucuz yeni avtomobil istehsalı başlayır –TARİX AÇIQLANDI
08 AVQUST
2664

Azərbaycanda ən ucuz yeni avtomobil istehsalı başlayır –TARİX AÇIQLANDI

2017-08-08 12:11:00

Azərbaycanda yeni avtomobil istehsalı başlayır. Söhbət “Azevrocar” şirkəti ilə və “İran Khodro” şirkətinin birgə istehsalı olacaq avtomobillərdən gedir. Xəbər verdimiz kimi, Neftçalada Sənaye Məhəlləsində yeni avtomobil zavodu iyun ayından fəaliyyətə başlamalı idi. Amma zavodun tikintisində bir qədər yubanma olub.

Azevrocar” şirkətinin rəhbəri Emin Axundov Fins.az-a bildirib ki, yayın bir qədər isti keçməsi zavodun tikintisində gecikməyə səbəb olub. Bununla belə, tikinti ilə bağlı işlərin 75%-i görülüb. Hazırda sendviç panellərin, istilik və soyutma sistemlərinin qurulması, kommunikasiya işləri görülür. Ümumilikdə son tamamlanma işləri 2 ay ərzində yekunlaşacaq. Yeni avtomobil zavodunun oktyabr ayında açılması planlaşdırılır.

Əvvəlcə, “Runna”, “Dena”, “Samand” və “Soren”lər yığılacaq

Zavodda əvvəlcə “İran Khodro”markasına aid 4 modelin - “Runna”, “Dena”, “Samand” və “Soren” avtomobilllərinin yığımına başlanılacaq. Ehtiyat hissələrinin bir hissəsinin yerli zavodlarda istehsalı planlaşdırılır. Bunun üçün həmin zavodlara təkliflər veriləcək.

Eləcə də bax: Azərbaycanda “Reno” və “Pejo” buraxılacaq – XARİCİ MAŞINLARA MƏHDUDİYYƏT

Ehtiyat hissələrinin bir hissəsini STP və SOCAR zavodu istehsal edəcək

Zavodların test məhsulları İran şirkəti tərəfindən müsbət rəy alarsa, ehtiyat hissələrinin istehsalı başlayacaq. Avtomobil zavodu ehtiyat hissələrinin istehsalı ilə bağlı Sumqayıt Texnologiyalar Parkı, o cümlədən plastik hissələrin istehsalı üçün SOCAR-ın yeni tikiləcək zavodu ilə əməkdaşlıq etməyi planlaşdırır.

Yerli maşın xaricdə də satılacaq

Yığılan avtomobillərin 15-20%-i xaricdə satılacaq. E.Axundov bildirib ki, xarici bazar olaraq MDB ölkələri və Mərkəzi Asiya ölkələri nəzərdə tutulub.

Eləcə də bax: Azərbaycan xaricə avtomobil ixrac edəcək

Kefiyyət və qiymətdə rəqiblərini qabaqlayacaq

Qeyd edək ki, bir neçə ildir ki, Naxçıvan Avtomobil Zavodunda Çinin “Lifan” şirkəti ilə birgə “Naz Lifan” avtomobilləri yığılır. Amma avtomobil zavodu alıcı tapmaqda çətinlik çəkir. Satışların böyük hissəsi də demək olar ki, birbaşa dövlət sifarişlərinin payına düşür. Bu baxımdan yeni istehsal ediləcək avtomobillərin necə bazar payı əldə edəcəyi məsələsinə gəlincə, E.Axundov bildirib ki, zavodda yığılacaq maşınlar həm qiymət, həm də kefiyyət baxımından bazarda rəqabətə davamlı olacaq: “Azərbaycan bazarında ən ucuz təzə maşınları biz satacağıq. Yeni modellərin qiymətləri 10-12 min manat aralığında dəyişəcək. Müqayisə üçün hazırda Azərbaycan bazarında bu qiymətə demək olar ki, yeni avtomobil yoxdur”. Yeni yığılacaq avtomobillərin kefiyyətinə gəlincə, şirkətdən bildiriblər ki, marka Avro 5 standartları üzrə kefiyyət sertifikatı alıb. Avtomobillərin kefiyyəti tam yüksək səviyyədə olacaq.

Rahim Tarıverdiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0116
  • ₽ RUB
    0.0290