AVTO

Ən az yanacaq sərf edən 10 avtomobil – SİYAHI
07 AVQUST
1172

Ən az yanacaq sərf edən 10 avtomobil – SİYAHI

2017-08-07 09:48:00

Adətən insanlar avtomobil alanda ən çox fikir verdikləri məqamlardan biri də onun yanacaq sərfiyyatıdır. Daha az yanacaq sərf edən avtomobillər ən çox satılanlardır. Əslində, bu da ölkədən-ölkəyə dəyişir. Məsələn, Venesuelada bunun o qədər də önəmi yoxdur. Çünki benzin kifayət qədər ucuzdur. Həmçinin İraqda daha çox böyük ölçülərə malik avtomobillərə üstünlük verilir. Amma orta statistika göstərir ki, yenə də az yanacaq sərf edən avtomobillərə tələbat böyükdür. Bəs, görəsən, el arasında "malalitraşka" dediyimiz maşınlardan daha az hansı yanacaq sərf edir.

Fins.az avtosfer.az-a istinadən 10 ən az yanacaq işlədən avtomobilin siyahısını təqdim edir:

Siyahının 10-cu pilləsində "Fiat Egea Hatchback" dayanır. 1.6 MiltiJet motora sahib avtomobil 100 km üçün 3.7 litr yanacaq sərf edir.

9-cu pillədə alman markası "Opel Astra"dır. 1.6 ECOTECT motora sahib avtomobil 3.7 litr işlədir.

Növbəti pillələrdə "Dacia Sandero", "Renault Clio" və "Citroen C3" qərarlaşıb. Bu avtomobillərin hər biri 100 km yol üçün cəmi 3.6 litr yanacaq sərf edir.

"Peugeot 308" və "Peugeot 208" də az yanacaq işlədən avtomobillər sırasındadır. Belə ki, 100 km üçün 3.5 litr sərfiyyatla 4 və 5-ci pillədə qərarlaşıblar.

100 km üçün 3.4 litr sərfiyyatla "Skoda Fabia" və "BMW 116" ilk üçlüyə daxil ola bilib.

Ən az yanacaq sərf edən avtomobil isə "Opel Corsa"dır. Bu maşın 100 km yol üçün cəmi 3.2 litr yanacaq yandırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7003
  • € EUR
    2.0028
  • ₽ RUB
    0.0297