AVTO

İkinci əl “Ferrari”lər Bakıda satışa çıxarıldı – QİYMƏTLƏR
02 AVQUST 2017
1798

İkinci əl “Ferrari”lər Bakıda satışa çıxarıldı – QİYMƏTLƏR

2017-08-02 14:25:00

Məşhur italyan superkar şirkəti “Ferrari” Bakıda ikinici əl modellərinin satışına başlayıb. Fins.az xəbər verir ki, bununla bağlı yerli “Ferrari” dilerinin saytında bununla bağlı məlumat verilib.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Satışa çıxarılan avtomobillər arasında 2014-cü il model “Ferrari FF”, “Ferrari 458 İtalia”, “Ferrari California”, “Ferrari 458 Spider” modelləri yer alıb. Cəmi 1000 kilometr sürülən 4 avtomobilin qiyməti 265-375 min dollar arasında dəyişir.

“Ferrari” avtomobillərinin Azərbaycanda rəsmi təmsilçisi “Avtolux Azerbaijan” şirkətindən isə Fins.az-a bildirilib ki, adı çəkilən avtomobillər hazırda satış salonunda var, amma onlar ikinci əl deyil, yenidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9817
  • ₽ RUB
    0.0273