AVTO

Azərbaycanda bu avtomobillərə 12 min endirim edildi
07 İYUL
1672

Azərbaycanda bu avtomobillərə 12 min endirim edildi

2017-07-07 11:59:00

Volkswagen” Bakı Mərkəzi Amarok modellərinə endirim kampaniyasına start verib . Əvvəllər 60 800 manata satılan avtomobillər hazırda 48 900 manata təklif olunur.

Qeyd edək ki, avtomobillər yeni olsa da 2015-ci il istehsalıdır. Volkswagen Amarok-un göstəricilərinə gəlincə isə avtomobil 2.0 Litrlik mühərriklə təchiz olunub və 140 at gücünə malikdir.

Volkswagen Bakı mərkəzindən Fins.az-a verilən məlumata görə, avtomobil şəhər içi 6-7 litr dizel sərf edir. Avtosalondan həmçinin, o da bildirildi ki, avtomobildən cəmi 2 ədəd qalıb. Lakin bu ilin sonuna kimi 2017-ci il restaylinq olunan yeni Amarokların gətiriləcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0296
  • ₽ RUB
    0.0295