AVTO

“Geely” də uçmaq istəyir
07 İYUL
299

“Geely” də uçmaq istəyir

2017-07-07 09:40:00

Çinin “Geely” konserni uçan avtomobillərin tərtibatı ilə məşğul olan ABŞ-ın “Terrafugia” şirkətini alır.

Fins.az-ın məlumatına görə, “Terrafugia” 2006-cı ildə ABŞ-ın Massaçusets Texnologiya Universitetinin (MİT) məzunu tərəfindən təsis edilib. Şirkət uçan avtomobillərin tərtibatını aparır. 

Bütün müddət ərzində “Terrafugia” şirkəti “Terrafugia Transition”un cəmi 2 ədəd prototipini yarada bilib. Bundan başqa, şirkət Amerika Federal Aviasiya Administrasiyasının (FAA) razılığını alıb.

Hazırda ABŞ firması TF-X adlanan, üfüqi qalxma və enişə malik universal layihə üzərində çalışır. “Geely” korporasiyası isə bildirib ki, “Terrafugia” layihəsini öz heyətinə cəlb etmək niyyətindədir. 

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+30°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294