AVTO

Uçan avtomobillər fəaliyyətə başlayır – VİDEO
20 İYUN
304

Uçan avtomobillər fəaliyyətə başlayır – VİDEO

2017-06-20 14:39:00

Dubayın yol və nəqliyyat idarəsinin başçısı Əl Tayer rəsmi açıqlamasında bildirib ki, kvadrokopter adlanan uçan avtomobillərin Əmirliyin səmasında artıq ilk sınaqları keçirilib.

Elektriklə işləyəcək bu “uçan maşınlar” 300 metrədək hündürlüyə qalxa və 100km/s sürətlə uça bilər.

Lazımi məntəqəyə getmək üçün sərnişin sadəcə monitorda ünvanı qeyd edir. Bundan sonra taksi göyə qalxır və avtomatlaşdırılmış nəzarət komandasının köməyi ilə ünvana yetişir.

Ehang 184 markalı bu avtomobilin enerji toplaması üçün 2 saat kifayət edir və o, 30 dəqiqə ərzində uçuşları həyata keçirdə bilir. Bu kvadrokopter həmçinin, ekstremal istiliyə və hündürlüyə də tab gətirir.

Kvadrokopterin 2017-ci ilin iyul ayından etibarən istifadəyə veriləcəyi bildirilir.

Maraqlı məlumatlardan biri də, odur ki, Dubayda fəaliyyət göstərən metro qatarları da sürücüsüz idarə olunur.

© Publika.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9988
  • ₽ RUB
    0.0288