AVTO

Yeni qaydalar Azərbaycandan Gürcüstana avtomobillə gedənlərə şamil ediləcəkmi? –AÇIQLAMA
19 İYUN
782

Yeni qaydalar Azərbaycandan Gürcüstana avtomobillə gedənlərə şamil ediləcəkmi? –AÇIQLAMA

2017-06-19 10:59:00

Xəbər verdiyimiz kimi, 2018-ci ildən Gürcüstan ərazisi ilə hərəkət edən, lakin xaricdə qeydiyyata alınmış avtomobillər üçün icbari sığorta qüvvəyə minəcək. Bununla da Gürcüstana avtomobillə daxil olarkən icbari sığortaya görə yeni tariflər tətbiq olunacaq.

Bəs yeni qaydalar Azərbaycandan bu ölkəyə avtomobillə gedənlərə tətbiq olunacaqmı?

Ekspert Ərşad Hüseynov Fins.az-a bildirib ki, Gürcüstanda əvvəllər belə bir sığorta olub. Ancaq yeni qanunun qəbul edilməsi ilə tariflərdə artımlar olacaq. 

Ərşad Hüseynovun sözlərinə görə, indi Gürcüstan, eləcə də, digər ölkələr yaşıl kartın üzvü olduğuna görə həmin ölkələrə onsuz da beynəlxalq səviyyədə icbari sığorta olmadan avtomobillə daxil olmaq mümkün deyil. Buna görə də Gürcüstanın icbari sığortalar haqqında qanununda dəyişiklik Azərbaycanda hər sürücüyə şamil edilməyəcək. 

Yaşıl kart sığortasından faydalanmaq üçün isə tariflər beynəlxalq tariflər olduğuna görə onun həcmi Maliyyə Nazirliyi tərəfindən müəyyən olunur. Yaşıl kart sığortası Azərbaycandakı sığorta şirkətləri tərəfindən verilməkdədir. Sığortanın məbləği  gediləcək ölkədən və orada qalmaq müddətindən asılı olaraq dəyişir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285