AVTO

"Tesla" "BMW"-dən bahalı şirkət oldu
12 İYUN
331

"Tesla" "BMW"-dən bahalı şirkət oldu

2017-06-12 09:47:00
ABŞ-ın “Tesla” şirkətinin kapitalizasiyası, Almaniyanın “BMW” şirkətinin kapitalizasiyasını keçib.
Bu barədə xəbəri birja məlumatları verib. Dünən “Tesla” şirkətinin səhmlərinin qiyməti 1.49% yüksəlib. Bu isə o deməkdir ki, bir dəyərli kağızın qiyməti 375.5$ təşkil edib. Beləliklə NASDAQ birjasının məlumatlarına əsasən “Tesla” şirkətinin dəyəri 63.48 milyard dollar olub. Həmin vaxtda “BMW” şirkətinin səhmlərinin qiyməti isə 0.32% artıb. Bu isə o deməkdir ki, bir dəyərli kağızın qiyməti 84.27 avro təşkil edib. Beləliklə Frankfurt Fond Birjasının məlumatlarına əsasən “BMW” şirkətinin dəyəri 54.82 milyard avro (61.6 milyard dollar) təşkil edib. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə “Tesla” şirkəti, “Ford Motor” və “GM” kimi şirkətlərin kapitalizasiyalarını geridə qoyaraq ABŞ-ın ən bahalı avtomobil istehsalçısına çevrilmişdi. Bloomberg-in məlumatlarına əsasən keçən il “Tesla” şirkəti 80.000 ədəd avtomobil, “General Motors” şirkəti isə 10 milyon avtomobil satmışdı.
© Technote
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287