AVTO

“Ai-98” super markalı benzin yaxın günlərdə yenidən satışda olacaq
05 İYUN
394

“Ai-98” super markalı benzin yaxın günlərdə yenidən satışda olacaq

2017-06-05 11:10:00

Yaxın günlərdə xaricdən idxal edilən “Super Euro-98” markalı benzin SOCAR-ın yanacaqdoldurma məntəqələrində yenidən satışda olacaq.

“Bir neçə gündür ki, SOCAR-ın yanacaqdoldurma məntəqələrində xaricdən gətirilən “Super Euro-98” markalı benzin satılmır. Bunun səbəbi isə xaricdə istehsalın azalması və bu markalı benzini aldığımız ölkələrin daha çox öz tələbatını ödəməsidir. Artıq məsələ həll olunub. Belarusdan “Super Euro-98” markalı benzin partiyası yola çıxıb və iyunun 10-da Azərbaycana çatacaq. Burada gömrük sənədləşməsi aparıldıqdan sonra təxminən iyunun 15-16-da SOCAR yanacaqdoldurma məntəqələrində satışda olacaq”, - “SOCAR Petroleum”dan bildirilib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7009
  • € EUR
    2.0003
  • ₽ RUB
    0.0288