AVTO

Bu yerlərdə parklanma ödənişli olacaq
05 İYUN
357

Bu yerlərdə parklanma ödənişli olacaq

2017-06-05 09:27:00

Bakıda marketlərin qarşısında parkomatlar quraşdırılır. Fins.az xəbər verir ki, artıq şəhərin müxtəlif yerlərində bir neçə iri marketin qarşısında parkomat aparatı quraşdırılıb. Bildirilir ki, bu aparatlar marketlərin istəyi və ya icazəsi ilə həmin yerlərə qoyulur.

Qeyd edək ki, bəzi hallarda marketlərin qarşısında və ətrafında olan dayanacaqlar müştərilər çün pulsuz olduğundan bəzi kənar şəxslər də bu yerlərdən istifadə edir. Bu isə həm market sahiblərini, həm də parklanma məsələləri ilə məşğul olan Bakı şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsini narazı salır.

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7009
  • € EUR
    2.0003
  • ₽ RUB
    0.0288