AVTO

Bakıda yeni “LADA Vesta”nın satışına başlandı – QİYMƏT
11 YANVAR
5182

Bakıda yeni “LADA Vesta”nın satışına başlandı – QİYMƏT

2017-01-11 16:13:00

Bakıda daha bir yeni avtomail markasının – “LADA Vesta”nın satışına başlandı. Rus avtomobillərinin rəsmi idxalçısı “Xəzər Lada” şirkəti “Lada Xray” ilə eyni vaxtda “Lada Vesta” avtomobillərini Bakıda təqdim etmişdi. Amma dolların bahalaşmaqda davam etməsi və gömrük xərclərinə görə yeni avtomobilin qiyməti müəyyən edilməmişdi. “Xəzər Lada”dan fins.az-a verilən məlumata görə,  artıq yeni “Vesta”nın satışına başlanılıb.

Şirkətdən bildiriblər ki, avtomobillərin lüks versiyası bəzi əlavə təhcizatlara görə əvvəlki modeldən fərqlənir. Yeni versiyada yağış və işıq sensorları, arxa kamera, klimant kontrol və naviqasiya sistemi quraşdırılıb. Əsas yenilik isə “Lada Vesta”nın ilk dəfə avtomat sürət qutusu ilə təhciz edilməsidir.

Avtomobil Bakıda iki versiyada təqdim edilib. Mexaniki sürət qutulu avtomobil 1.6 litr mühərriklə 106 at gücündədir. Avtomobilin qarışıq yanacaq sərfiyyatı 6,9 litr təşkil edir. Sadə təhzicatlı bu modelin qiyməti 16 min manatdır.

Avtomat sürət qutulu 1.8 litr mühərrikli “Vesta” isə 122 at gücündədir. Avtomobilin yanacaq sərfiyyatı 9,3 litrdir. Tam təhcizatlı avtomobil Bakıda 22 min manata satılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.8311
  • € EUR
    1.9483
  • ₽ RUB
    0.0308