AVTO

“Jeep”, “Dodge” və “Chrysler”in Azərbaycandakı sahibi dəyişdi
09 YANVAR
1219

“Jeep”, “Dodge” və “Chrysler”in Azərbaycandakı sahibi dəyişdi

2017-01-09 14:27:00

“Jeep”, “Dodge” və “Crysler”in Azərbaycandakı rəsmi təmsilçisi dəyişib. Fins.az-ın məlumatına görə, 2017-ci ildən yeni “Jeep”, “Dodge”, “Crysler” avtomobillərini Azərbaycana “Avtolux Azerbaijan” şirkəti gətirəcək.

Hər 3 marka ilə bağlı ötən ilin sentyabr ayında əldə edilən razılaşmaya əsasən, bu brendlərin Azərbaycanda rəsmi təmsilçisi “Avtolux Azerbaijan” seçilib. Qeyd edək ki, buna qədər “Jeep” “Dodge”, “Crysler” marklarını Azərbaycanda rəsmi idxalçısı “Auto Azerbaijan” şirkəti idi. Əlavə edək ki, “Auto Azerbaijan” stokda qalan bu markaya aid avtomobilləri sata bilər. Bu ildən etibarən yeni modellərin gətirilməsi hüququ isə rəsmi olaraq “Avtolux Azerbaijan”a verilib.

Xatırladaq ki, bununla da “Avtolux Azerbaijan”ın satışını həyata keçirəcəyi avtomobil markalarının sayı 7-ə çatıb. Buna qədər şirkət “Ferrari”, “Lamborghini” və “Aston Martin” superkarlarının rəsmi təmsilçisi idi.
Şirkət bundan əlavə yanvar ayının sonunda ilk dəfə olaraq “Alfa Romeo” modelini təqdim edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285