AVTO

Bakıya yeni “kitayski” SUV gətiriləcək – QİYMƏTLƏR
06 YANVAR
2335

Bakıya yeni “kitayski” SUV gətiriləcək – QİYMƏTLƏR

2017-01-06 15:49:00

Azərbaycanda iqtisadi durğunluq avtomobil bazarına da təsirsiz ötüşməyib. Belə ki, maddi vəziyyətindən aslı olmayaraq avtomobil alıcıları daha çox kiçik mühərrikli və az yanacaq işlədən modellərə üstünlük verməyə başlayıblar. Avtomobil şirkətləri bunu nəzərə alaraq kiçik SUV satışına daha çox üstünlük verirlər.

Növbəti belə modeli isə Çin avtomobillərinin Azərbaycandak; rəsmi təmsilçisi “Sirena Motors” Bakıya gətirəcək. Söhbət 2017-ci ilin modeli olan “Changan CS 75” modelindən gedir. Yeni “Changan CS 75”  fevral ayının  sonundan Bakıda satışa çıxarılacaq.

Şirkətin marketinq meneceri Eyyub Əliyev fins.az-a bildirib ki, avtomobil 177 at gücündə 1.8 l həcmli turbo mühərriklə təhciz edilib. Model şəhər içi yollarda 11-11,5,  şossedə 8 litr yanacaq işlədir.

Avtomobilin kuzovu, interyer və eksteryeri dəyişməyib. Bununla belə, “CS 75”  sələfindən bəzi yenilikləri ilə seçilir.

Yeni model yerli müştərilərin tələbinə əsasən, artıq 2 wd deyil, təkmilləşdirilərək 4 wd olub. Bundan əlavə, “Changan”ın Bakıda satılan ən böyük SUV-u 5 ulduz təhlükəsiz avtomobil ( C-NCAP) statusu qazanıb.

Avtomobil full komplektasiyada satışa çıxarılacaq. 120.000 km zəmanətlə avtomobilin 40-42 min manata satılacağı gözlənilir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.8311
  • € EUR
    1.9483
  • ₽ RUB
    0.0308