AVTO

Ən az yanacaq işlədən “Cip” Bakıda təqdim edilir
29 DEKABR 2016
1670

Ən az yanacaq işlədən “Cip” Bakıda təqdim edilir

2016-12-29 16:05:00

Bakıda ən qənaətcil “Cip”in təqdimatı keçirilir. Söhbət  Çinin yeni avtomobili  olan “GAC GS4” avtomobilindən gedir. Bu avtomobillərin Azərbaycanda rəsmi idxalçısı “Sirena Motors” şirkətindən fins.az-a bildirilib.  Məlumata görə, bu gün  "Park Bulvar" AVM-də avtomobilin təqdimatı keçirilir.   

 Cəmi 6,3 litr yanacaq işlədir 

Mini krossover ölçülərinin kiçik olması və az yanacaq sərfiyyatı ilə seçilir. Belə ki,1,3 litr turbo mühərrikli  7 pilləli transmissiyalı mini “Cip” şəhər içi yollarda cəmi 6,3 litr yanacaq işlədir. Şirkətdən bildirilib ki, dünyada istehsal edilən krossoverlər arasında 100 kilometr məsafəyə bu qədər yanacaq işlədən ikinci bir model yoxdur. İndiyə kimi yalnız “Changan CS 5” modeli az yanacaq sərfi ilə seçilirdi. Onun isə yanacaq sərfi 8,8 litr təşkil edirdi. “GAC GS4” modelinin maksimal sürəti saatda 220 km-dir. 130 at gücündə benzin mühərrikli avtomobilin Bakıya yalnız avtomat sürət qutulu versiyası gətiriləcək. Ölçülərinə gəlincə, avtomobilin yerdən hündürlüyü 167 sm, eni  185 sm, uzunluğu isə 451 sm-dir. 

Təkər balansını ekranda görmək olacaq 

Şirkətdən verilən məlumata görə, mini krossoverin Çin avtomobillləri arasında ilk dəfə tətbiq edilən yeniliyi də var.Belə ki, ilk dəfə olaraq bu modeldə  təkərlərin balansı avtomobilin monitorunda göstəriləcək. Sistem təkərlərdə hər hansı bir nasazlıq qeydə alarsa, dərhal ekranda işıq yanıb-sönməyə başlayır və sürücünü bununla bağlı xəbərdar edir.  Bundan əlavə Müasir dövrün avtomobili adlandırılan GS 4 modeli Asiya regionu üzrə təhlükəsizlik testlərindən uğurla çıxıb. Avtomobil 5 ulduz təhlükəsiz avtomobil ( C-NCAP) statusu qazanıb.

Avtomobil Bakıda  39 min manata satılır

Şirkətdən bildirilib ki,  GAC GS4” hazırda Bakıda tam komplektasiyalı  versiyası satışa çıxarılıb. Mini krossoverin qiyməti 39 min manatdır. Avtomobilin yeni ildən sadə təhcizatlı versiyası da satışa çıxarılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285