Bu gün Yaponiyaın aparıcı şirkətlərindən olan Panasonic "Tesla"nın günəş batareyaları layihəsində iştirak etdiyini bəyan edib. Qeyri rəsmi məlumatlara görə, “Tesla”nın Buffalo şəhərində inşa etdiyi zavoda Panasonic tərəfindən 250 mln dollar investisya qoyulub. Birgə bəyanatda bildirilir ki, zavod istehsala gələn ilin yayında başlayacaq və 2019 –cu ildə zavod tam gücü ilə işə düşəcək.
Panasonic “Tesla”nın Nevada ştatında 5 mlrd dollara tikdiyi zavodda artıq günəş panellərinin istehsalı sahəsində əməkdaşlıq edir. Bu zavod cari ilin birinci rübündən Tesla elektromobilləri üçün ion- batareyaların istehsalını hıyata keçirir. Zavod 2020 ci ildə tam gücü ilə bazar çıxmağı planlaşdırır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır