AVTO

Böhran ”bestseller” avtomobilləri "vurdu"
21 DEKABR 2016
963

Böhran ”bestseller” avtomobilləri "vurdu"

2016-12-21 16:47:00

Dolların bahalaşmaqda davam etməsi və avtomobil bazarında yaranan durğunluq  Azərbaycan avtomobil bazarında məşhur olan modelləri də “vurub”. Fins.az-ın məlumatına görə, söhbət ötən il avtomobil bazarı üzrə “Toyota Prado”dan sonra ikinci ən çox satılan “Hyundai Elantra” modelindən gedir.

Bu il cəmi bir dəfə yeni “Elantra” gətirilib

“Hyundai” avtomobillərin Azərbaycanda rəsmi dileri “Auto Azerbaijan”dan fins.az-a verilən məlumata görə, avtomobil bazarında yaranan durğunluq bu modellərin satışlarına da kəskin təsir edib. Nəticədə ötən ildən fərqli olaraq bu il Azərbaycana cəmi bir dəfə  yeni “Hyundai Elantra” avtomobilləri gətirilib. İl ərzində 10-a yaxın “Hyundai Elantra” satılıb. Şirkətdən bildirirlər ki, avtomobillərin qiyməti dollarla dəyişməsə də, manatla sürətlə bahalaşır. Bu da satışlara təsir göstərir. Məsələn 19 min dollarlıq avtomobil bir ay əvvəl 34-35 min manat idisə, məzənnə dəyişikliyi ilə bağlı 37-38 min manata qədər bahalaşıb. Manatla qiymət artımı isə müştərilərin bu modelə marağının azalmasına səbəb olur.

“Hyundai Elantra”lar il sonu 1100 dollar ucuzlaşdı

Rəsmi diler bunu nəzərə alaraq ötən həftədən etibarən bu avtomobillərin qiymətlərində endirim kampaniyasına başlayıb. 2016-cı il model avtomobilin 1.6 və 2.0 l mühərrikli hər iki versiyası 1100 dollar ucuzlaşıb. Əvvəl 20900 dollara satılan 1.6 l mühərrikli “Hyundai Elantra” indi 19800 dollara təklif edilir.  2.0 l mühərrikli versiyası isə 21900 dollardan 20800 dollara qədər ucuzlaşıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.8311
  • € EUR
    1.9483
  • ₽ RUB
    0.0308