AVTO

Avtomobillərdə biometrik texnologiyalar olacaq -YENİLİK
01 DEKABR
310

Avtomobillərdə biometrik texnologiyalar olacaq -YENİLİK

2016-12-01 18:36:00

Biometrik texnologiyalar sahəsində nailiyyətlər sürücülük təcrübəsi, avtomobillərin təhlükəsizliyi və rahatlığı anlayışlarını radikal şəkildə dəyişir.

“Frost & Sullivan” şirkətinin proqnozlarına görə, 2025-ci ilə kimi avtomobillərin təxminən 30 faizinə biometrik texnologiyalar tətbiq olunacaq. Belə ki, gələcəkdə sərnişin avtomobilləri barmaq izləri və gözün qüzehi qişasının skan edilməsi, eləcə də səs və jestlərin tanınması texnologiyası ilə təchiz olunacaq.

Fins.az-ın məlumatına görə, yeni nəsil avtomobillərə, həmçinin ürək döyüntüsü, beyin dalğaları, yorğunluq, stress və nəbz simptomlarının monitorinqi texnologiyası tətbiq ediləcək.

Bundan başqa, texnologiya epilepsiya xəstəliyindən əziyyət çəkən insanlara epileptik tutmaları qabaqcadan bilməyə imkan verəcək. Biometrik texnologiyalar yuxu və sərxoşluq əlamətlərini də aşkarlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274