AVTO

Bakıda 6 litr yanacaq işlədən SUV satışa çıxdı
01 DEKABR
13082

Bakıda 6 litr yanacaq işlədən SUV satışa çıxdı

2016-12-01 10:55:00

Avtomobil şirkətləri son dövrdə iqtisadi vəziyyəti və bazar şərtlərini nəzərə alaraq kiçik və qənaətcil avtomobillərə üstünlük verirlər. Hətta SUV və pikap tipli modellərin də kiçik və az yanacaq işlədən versiyaları təqdim edilir. Fins.az-ın məlumatına görə, sonuncu belə avtomobili Bakıda “Toyota” markası təqdim edib. Söhbət istehsalı Türkiyədə həyata keçirilən tamamilə yeni “Toyota C-HR” avtomobilindən gedir.  

“Toyota C-HR”ın benzin motorlu versiyası satılır

Avtomobil hibrid və adi versiyada istehsal edilib. Toyota avtomobillərinin rəsmi dilerləri “Toyota Bakı Mərkəzi”ndən fins.az-a verilən məlumata görə, Azərbaycanda hələlik modelin benzin mühərrikli versiyası təqdim edilib. Avtomobildən cəmi bir necə ədəd satışa çıxarılıb. Müştərilər üçün test-drayv elan edilib. Onların reaksiyasından sonra yeni modelin kütləvi satışına başlanıla bilər.

1.2 l mühərrik 5.9 litr işlədir

Şirkətdən bildiriblər ki, bazara ilk dəfə təqdim edilən krossover hazırki iqtisadi şəraitə və alıcıların tələblərinə tam uyğundur. Belə ki, avtomobil  həm az yanacaq işlətməsi, həm də ekoloji təmiz olması ilə seçilir. “Toyota C-HR” Bakıda satışa çıxarılan 1.2 l mühərrikli versiyası 116 at gücündədir. Avtomobilin 100 kilometr məsafəyə ortalama yanacaq sərfiyyatı cəmi 5.9 litrdir. Avtomobilin hibrid mühərrikli versiyasının yanacaq sərfiyyatı bundan da azdır. 1.8 litr mühərrikli model 3.8 litr yanacaq işlədir və 122 at gücü hasil edir. 

Kiçik “Toyota C-HR” salonu “RAV 4” qədər genişdir

“Toyota C-HR” markanın ən kiçik SUV-larında biri kimi görünsə də, avtomobilin salonu hətta “RAV 4” modeli qədər genişdir. 4 qapılı kiçik  krossoverin salonu  iki rənglidir və son texnoloji yeniliklərdən istifadə edilib.  Yeni “Cip”  həm şəhər, həm də yolsuzluq avtomobili hesab edilir.

Qiyməti 50 200 manatdır

Avtomobilin qiymətinə gəlincə, “Toyota Bakı Mərkəzi”ndən  bildirirlər ki,  model sadəcə bir komplektasiyada satışa çıxarılıb. Sadə komplektasilatı “Toyota C-HR”  Bakıda 50 200 manata satılır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271