AVTO

“Ravon”ların necə satılacağı məlum oldu
30 NOYABR
495

“Ravon”ların necə satılacağı məlum oldu

2016-11-30 12:15:00

Azərbaycanda  “Ravon” avtomobillərinin 9 satış mərkəzi açılacaq. Bu avtomobillərin Azərbaycanda rəsmi idxalçısı “UzAvto Baku” şirkətinin rəhbəri Otabek Saliyev fins.az-a bildirib ki, bu avtomobillərin satışını genişləndirmək üçün 2017-ci il ərzində  Bakıda və bölgələrdə satış mərkəzlərinin açılması planlaşdırılır.

9 satış mərkəzi açılacaq

Onun sözlərinə görə, əvvəlcə Bakıda 4 satış mərkəzi açılacaq. Daha sonra Gəncə, Quba,Qəbələ,Lənkəran və Sumqayıtda “Ravon” avtomobillərinin satışına başlanılacaq. Satış mərkəzlərində  “Ravon” avtomobillərinin ehtiyat hissələri satışı və servis də olacaq.  A.Saliyev bildirib ki, yeni satış mərkəzləri  2017-ci ilin iyun-iyul aylarından faəliyyətə başlaması planlaşdırılır.

“Ravon”ları kredit və lizinqlə də almaq olacaq

“Ravon” avtomobillərin satışına isə hələlik başlanılmayıb. A.Saliyev bildirib ki,  avtomobillərin 10-18 min manata satılacağı gözlənilsə də, qiymətlər dekabr ayının 15-nə kimi tam müəyyənləşdiriləcək. Bundan sonra isə satış həyata keçiriləcək.  Şirkət rəhbərinin sözlərinə görə, “Ravon”ların satışı kredit və lizinq şərtləri ilə həyata keçiriləcək. Bunun üçün banklar və lizinq şirkətləri ilə danışıqlar aparılır.

Qeyd edək ki,  noyabr ayının 25-də  “Ravon” adı altında yenidən buraxılan “Daewoo” avtomobillərinin Bakıda təqdimatı olub. Şirkət Bakıda 4 yeni modeli -“Ravon R2”, “Nexia R3”, “ Ravon R4” və “Gentra” ilə satışa başlamağı planlaşdırır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272