AVTO

Bakıda qənaətcil pikap satışa çıxarıldı – QİYMƏT
29 NOYABR
1477

Bakıda qənaətcil pikap satışa çıxarıldı – QİYMƏT

2016-11-29 09:47:00

Bakıda yeni “Toyota” avtomobili satışa çıxarılıb. Söhbət “Toyota Hilux” avtomobilindən gedir. “Toyota Bakı Mərkəzi”ndən fins.az-a verilən məlumata görə, yeni pikapın satışına noyabr ayının ortalarından etibarən başlanılıb. 

Pikap yeni görkəm alıb

Şirkətdən verilən məlumata görə, avtomobildə əsas yeniliyi dizaynla bağlıdır. Belə ki, pikapın interyer və eksteryeri dəyişib, yəni daha müasir görünüş əldə edib. 

2.5 l motor cəmi 6.4 litr yanacaq işlədir

Avtomobilin texniki göstəricilərinə görə, 2.5 litr dizel mühərrikli  150 at gücündədir. Əsas üstünlüklərindən biri qənaətcil olmasıdır. Maşın şosedə cəmi 6.4 litr, şəhər yollarında isə 8.9 litr yanacaq işlədir.  

Bəzi “Cip”lərdən daha çox  “offroad”dır

Bundan əlavə avtomobilin resorlarının güclü olması yükdaşıma qabiliyyətini artırır. Digər tərəfdən pikap bəzi xüsusiyyətlərinə görə, “Toyota” SUV-larından seçilir. Məsələn, “Prado” modelində  diferlərin bloklanması sistemi  olmadığı halda, “Toyota Hilux”da bu sistem var. Bu sistemin olması ilə “Hilux” tam yolsuzluq avtomobilinə çevrilir. Yəni, qaya üzərində və ya dərədə, yol olmayan şəraitdə tam rahatlıqla hərəkət edə bilir. 

İqtisadi durğunluq “Hilux”un da bazarını vurub

Şirkətdən verilən məlumata görə, hazırda avtomobil bazarında yaranan durğunluq bu modellərində satışına mənfi təsir göstərib. Belə ki, pikapları Azərbaycan bazarında əsasən neft və tikinti şirkətləri sifariş verirdi. İqtisadi durğunluq nəticəsində bu şirkətlər fəaliyyələrini məhdudlaşdırıblar. Nəticədə pikaplara tələbat azalıb. Məsələn, əvvəl 10 ədəd “Hilux” satışa çıxarılırdısa, indi bu rəqəm 1-2 ədədə kimi azalıb.   

Ustalar, ovçular və yolsuzluq həvəskarları da “Hilux”u seçir

Bundan əlavə şirkətlərin gəlirlərinin azalması pikaplara münasibəti də dəyişib. Belə ki, əvvəl kondisioneri, lyuku olan tam təhcizatlı modellər sifariş verilirdi. İndi isə sadə təhcizatlı versiyaları sifariş verirlər. Şirkətdən verilən məlumata görə,  bu pikapların az da olsa, adi müştəriləri də var. Adi alıcılar arasında təmir-tikinti ilə məşğul olan ustalar, ovçular və yolsuzluq həvəskarları “Hilux”a maraq göstərirlər. 

Qiyməti 56700 manatdır

Avtomobilin qiymətinə gəlincə, şirkətdən bildiriblər ki, hazırda yalnız sadə komplektasiyalı versiya satılır. Avtomobilin qiyməti 56700 manatdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272