AVTO

Bakıda ən yaxşı taksi sürücüləri bankirlərdir
28 NOYABR
2538

Bakıda ən yaxşı taksi sürücüləri bankirlərdir

2016-11-28 11:16:00

Son bir neçə ay ərzində Bakıda taksi fəaliyyəti ilə məşğul olanların sayı xeyli artıb. Fins.az-ın məlumatına görə bunu avtomobil ekspertləri də təsdiq edirlər.  Onun sözlərinə görə, Bakıda sürülən hər 10 avtomobildən 2-si taksi idisə, indi onların sayı 5-ə yüksəlib. 

Taksi fəaliyyətinə başlayanlar 25-30% artıb

Ekspert Vaqif Hüseynov fins.az-a açıqlamasında son bir ildə  bu fəaliyyətlə məşğul olanlar  25-30 %-ə qədər artdığını bildirib. hazırda Bakıda taksi faəliyyəti göstərənləri bir neçə qrupa bölmək olar. Birincisi köhnə üsulla yol kənarında dayanıb müştəri gözləyənlər sürücülərdir. Bunlar əsasən yaşlı nəslin nümayəndələridir.

Elanla taksi xidməti göstərirlər

Bəzi sürücülər isə elan saytları vasitəsilə  şəxsi sürücü xidməti təklif edirlər. Elan saytları kütləvi izlənildiyi üçün müştəri tapmaq da bu halda o qədər də çətin olmur. Rayona getmək istəyən müştəri internetdə axtarış vasitəsilə  taksini sifariş edir. Sürücü onu ünvandan götürüb getmək istədiyi yerə çatdırır.

Taksiylə bölgələrə tur təşkil edirlər

Ekspert bildirir ki, son dövrdə yeni taksi fəaliyyəti isə sosial şəbəkələr vasitəsilə verilən elanlardır. Belə ki, əvvəlcədən sürücü “Şahdağ” və “Qəbələ” istiqamətinə 4 nəfərlik tur elan edir. Və bir nəfər üçün qiyməti 15-20 manat təyin edir. Bu üsulla pul qazanır.

Sifarişli taksi xidmətinə maraq artıb

Onun sözlərinə görə hazırda ən geniş yayılmış taksi fəaliyyəti isə şirkətlərin  təqdim etdiyi xidmətdir. Bu isə əsasən Bakı daxilində istifadə edilir. Bu xidmət həm müştəri üçün, həm də sürücü üçün sərfəlidir. Müştəri artıq bir zənglə gedəcəyi ünvana taksi sifariş edir və xidmət haqqını əvvəlcədən bilir. Digər tərəfdən ənənəvi taksi ilə müqayisədə qiymətlər 2 dəfədən artıq ucuzdur. Məsələn, ənənəvi taksinin 5-8 manat xidmət haqqı təyin etdiyi məsafəyə şirkətlər 2.30 manat qiymət təyin edirlər.

Daha taksi nişanından utanmırlar

V.Hüseynov bildirib ki,  avtomobil sahibləri arasında stereotip yayılmışdı. Heç kim avtomibilinin üstünə taksi  yazısı vurmağı özünə sığışdırmırdı. Taksi şirkətləri isə artıq bu tendensiyanı aradan qaldırdı. Belə ki, xidmət sifarişlə qəbul edildiyi üçün artıq avtomobilin üzərində taksi yazısına ehtiyac qalmır.  Bununla yanaşı, avtomobilin üzərində taksi yazısı olmaması onların bu sahədə olan dövlət qurumlarının, xüsusilə də yol polisinin aqressiyasından xilas edir. Ekspert hesab edir ki, əhalinin gəlirlərinin azalması, eyni zamanda şəxsi avtomobillə taksi fəaliyyətinin ətrafda sezilməməsi bu xidmətə marağı artırıb.

Eyni vaxtda iki taksi şirkətilə işləyirlər

Belə ki, şirkətlərdə, dövlət işində çalışanlar  əlavə pul qazanmaq üçün taksi şirkətlərinə depozit qoyurlar. İşdən sonra  GPS-i qoşub müştəri götürürlər. Bəzi hallarda isə öz avtomobili ilə hər gün eyni istiqamətdə hərəkət edən sürücülər boş yerlərə müştəri götürməklə əlavə gəlir əldə edirlər. V.Hüseynov bildirib ki, vəziyyət o həddə çatıb ki, bəzi hallarda avtomobil sahibləri  eyni vaxtda 2 taksi şirkəti il əməkdaşlıq edirlər: “Avtomobil sahibləri  iki taksi şirkətinə depozit yatırırlar və iki telefonla xidmətə başlayırlar. Bir istiqamətdə müştəri yoxdursa, artıq gözləməyərək digər GPS-i qoşub müştəri qəbuluna başlayırlar”.

Krediti ədənilməyən avtomobillər necə taksiyə çevrilir?

V.Hüseynov bildirib ki,  bir sıra banklar bağlanması və kredit verilişinin dayanması nəticəsində bazarda xeyli işsiz bank işçisi var. Amma onlar da vəziyyətdən uğurlu çıxış yolu tapıblar. Onun sözlərinə görə, işsiz qalan  kredit işçiləri bu sahədəki təcrübələrindən uğurla istifadə edirlər. Belə ki, banklarda xeyli sayda problemli kreditə çevrilərək  krediti tam ödənilməyən avtomobillər var. Məsələn, 15 min manatlıq avtomobilin 10 manatı ödənilib, qalan hissəni isə müştəri ödəyə bilməyib  və avtomobil banka qaytarılıb.

15 min manatlıq maşını bankdan 5 min manata alırlar

Kredit işçisi həmin  avtomobilin qalan kreditini öz üzərinə götürür və avtomobili xeyli ucuz alır. Yəni, 15 min manatlıq avtomobil ona sadəcə 5 min manata başa gəlir. Daha sonra həmin maşınla taksi fəaliyyətinə başlayır. Ekspert  bildirir ki, ümumilikdə taksi fəaliyyətinə marağın artdığını xidmət elanlarının sayında da müşahidə etmək olar. Əvvəl bir ayda bu xidmətlə bağlı 3000 elan verilirdisə, indi bu rəqəm 5000-ə qədər yüksəlib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272