AVTO

Metroda qiymət artımı ilə bağlı – RƏSMİ AÇIQLAMA
28 NOYABR
3032

Metroda qiymət artımı ilə bağlı – RƏSMİ AÇIQLAMA

2016-11-28 10:54:00

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) metroda gediş haqqının artırılması ilə bağlı Tarif (qiymət) Şurasına müraciət etməyib.

Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Eləcə də bax:Ekspert: Metroda gediş haqqı qaldırılacaq

Onun sözlərinə görə, metroda gediş haqqının bahalaşması ilə bağlı yayılan məlumat əsassızdır:

"Metroda gediş haqqını biz qaldırmırıq. Buna Tarif (qiymət) Şurası qərar verir. Bu barədə bizdə məlumat yoxdur. "Bakı Metropoliteni" QSC metroda gediş haqqının artırılması barədə Şuraya müraciət etməyib".

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272