AVTO

Bakıda “Ravon” avtomobillərinin satışı başlayır – QİYMƏTLƏR
28 NOYABR
1828

Bakıda “Ravon” avtomobillərinin satışı başlayır – QİYMƏTLƏR

2016-11-28 09:04:00

Bakıda yeni avtomobil dileri fəaliyyətə başlayıb. Fins.az-ın məlumatına görə, söhbət  “Ravon” adı altında yenidən  istehsal edilən Daewoo avtomobillərindən gedir.  Bu münasibətlə noyabr ayının 25-də “UzAvto” şirkəti yeni “Ravon” brendini Bakıda təqdim edib.

Şirkətin nümaəyəndəsi Otabek Saliyev fins.az-a bildirib ki, RAVON (“Daewoо”) Azərbyacan avtomobil bazarında özünə müsbət imic qazana bilib: “Hazırda təcrübi olaraq elə avtomobil sevər tapılmaz ki, “Nexia”, “Matiz” və “Gentra” modelləri ilə tanış olmasın. Bu sadəcə adlar deyil, Azərbaycanda alıcısının hörmətini qazanan öz seqmentində bestsellerdir”.

Daim özavtomobillərininkeyfiyyətininyaxşılaşdırılmasınadiqqətyetirən “UZ-Daewoo” yeniinkişafsəviyyəsinə qədəmqoyur. “Ravon” brendi də şirkətin uğurlarının yeni səhifəsidir.  Brend sınaqdan çıxan məşhur modelləri - R2, Nexia R3, R4 və Gentra modellərini Azərbaycanda da satışına başlayır.

1,2 litr mühərrikli kiçik “RAVON R2”

 A klass seqmentində yeni “RAVON R2” 1,25 litr Avro 5 standartlarına uyğun mühərriklə təhciz edilib. Avtomobilin bütün komplektasiyaları avtomat sürət qutusu ilə təhciz edilib. Maşın özünün yığcamlığı və ən əsası  qənaətcilliyi ilə seçilir. R2  bütün təhlükəksizlik normalarına cavab verir və müasir yeniliklərlə təhciz edilib. Belə ki, avtomobilin təhlükəsizlik yastıqları,ABS, gündüz işıqları, uşaq oturacağı ilə təhciz edilib. Avtomobilin audiosistemi  MP3, USB, AUX, Bluetooth sistemini dəstəkləyir və 4 dinamikdən ibarətdir.Avtomobilin interyerində əsas yeniliklərdən də biri yenilənmiş alətlər panelidir. Bundan əlavə elektrik sükan və daxildə təkmilləşdirilmiş səs izolyasiyası  əlavə edilb.

Kiçik sedan - “RAVON Nexia R3

“RAVON Nexia R3” modeli isə B klass seqmentinin yeni bestselleri hesab edilir. Müasir  texnologiya, təhlükəsizlik sistemi və komfort əsasında yaradılan avtomobil tamamilə yenidir. Yeni nəsil avtomomat transmissiya, sabitliyə nəzarət,  şinlərin təzyiqinə nəzarət sistemi, uşaq oturacağı ilə təhciz edilb. Avtomobil eyni zamanda piyadaların təhlükəsizliyi tələblərinə cavab verir.

Salonda ön və arxa oturacaqların qızdırılma sistemi də var. 1.5 litr mühərrikli avtomobilin 5 pilləli mexaniki və 6 pilləli avtomat sürət qutulu versiyaları var 

Ailə avtomobil -“RAVON R4

B və C seqmentində trend olan “RAVON R4” isə ailə avtomobili olaraq tanınır. Model komfort, yüksək dinamik kefiyyətləri və ənənəvi klassik dizaynı özündə birləşdirir.  “RAVON R2” modelində olan təhcizat eynilə “R4” modelində də var. 15 düyümlük yüngül lehimli disklər, xrom arxa bamper avtomobilin dizaynında  yenilikdir. Avtomobilin mühərriki isə “R 3” modeli ilə eynidir. 1.5 l mühərrikli 5 pilləli mexaniki sürət qutulu versiyanın yanacaq sərfiyyatı 6,5 litrdir. Modelin avtomat sürət qutulu versiyası isə 7,7 litr yanacaq işlədir.

Bakıda məşhur taksi avtomobili - “Ravon Gentra”

“Ravon Gentra” isə təhzicat və mühərriki digər yeni modellərlə eynidir. Sedan nisbətən iri ölçüləri ilə digər modellərdən fərqlənir. 1.5 l mühərrikli 107 at gücündə model şəhər yollarında 8.5-9.5 litr yanacaq işlədir.

İlkin olaraq Bakıda 50 ədəd “Ravon” satışa çıxarılıb

Otabek Saliyev fins.az-az-a bildirib ki,  Azərbaycanda bazarında qazanılan 10 illik təcrübə  yeni modellərində satışının uğurlu olacağını deməyə əsas verir. O bildirib ki, Bakıda 4 yeni avtomobildən ümumilikdə 50 ədəd satışa çıxarılır. Avtomobillərin bazar qiyməti 11 -17 min manat arasındadır. Avtomobillərin Bakıda satış qiyməti isə hələlik dəqiqləşməyib. Bazar qiymətinə uyğun olaraq 12-20 min manat arasında olacağı gözlənilir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272