AVTO

Bakıda 500 minlik “Maybach” satışa çıxacaq – FOTOLAR
24 NOYABR
4191

Bakıda 500 minlik “Maybach” satışa çıxacaq – FOTOLAR

2016-11-24 16:52:00
“Mercedes” səbirsizliklə gözlənilən  yeni lüks modelini - “Maybach S650 Cabrio” modelini təqdim edib. Fins.az-ın məlumatına görə, superkar dəri salonu və dizaynı ilə “S Coupe”yə çox bənzəyir və diqqətçəkici görünüşə sahib olub. 
Texniki göstəricilərinə gəlincə, kapotun altında 6.0 litrlik twinTurbo V12  mühhərik var.625 at gücündə mühərrik 0-10 km/saat sürəti 4 saniyəyə yığır. Avtomobilin maksimal sürəti 300 km/saatdır.  “Maybach S650 Cabrio”  7 pilləli transmissiyalı sürət qutusu ilə təhciz edilib.  Cəmi 300 ədəd istehsal olunan avtomobilin qiyməti 323 min dollardır.
“Mercedes” avtomobillərinin Azərbaycanda rəsmi distribütoru “Avtokapital Azərbaycan” şirkətindən fins.az-a verilən məlumata görə, avtomobili Bakıda da almaq mümkün olacaq. Satış yalnız sifarişlər əsasında həyata keçiriləcək. Avtomobilin Bakıda satış qiymətinin 500 min manatdan yuxarı olacağı gözlənilir. Amma hələlik “Maybach S650 Cabrio”nun sifarişləri başlamayıb.   
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271