AVTO

Bakıda “Toyota”ların servisi ucuzlaşdı – YENİLİK
24 NOYABR
601

Bakıda “Toyota”ların servisi ucuzlaşdı – YENİLİK

2016-11-24 12:42:00

Bakıda “Toyota” avtomobillərinin servisi ucuzlaşıb. Fins.az-ın məlumatına görə, “Toyota Bakı Mərkəzi” bununla bağlı endirim kampaniyasına başlayıb. Şirkətin servis mərkəzindən fins.az-a verilən məlumata görə, istehsal tarixindən və modelindən aslı olmayaraq bütün “Toyota” avtomobilləri endirimdən yararlana bilər. Kampaniyası ilin sonuna qədər davam edəcək.

Servisi 33%-dən 3 dəfəyə kimi aşağı salıb

Bəzi servislər isə 33%-dən 3 dəfəyə qədər ucuzlaşıb.  Avtomobillərin  kompyuter diaqnostikası, təkərlərin balansı, təkərlərin dəyişdirilməsi  xidmətləri 33% ucuzlaşıb. Hər 3 servis əvvəl 30 manata göstərilirdisə, indi 20 manata təklif edilir. Asqının diaqnostikası və faranın cilalanması servisi 2 dəfə ucuzlaşıb. Belə ki, əvvəl birinci xidmətin qiyməti 20 manat idisə, indi 10 manata düşüb. Faranın cilalanması xidməti də 40 manatdan 20 manata kimi ucuzlaşdırılıb. Ən böyük  endirim isə  faranın tənzimlənməsi xidmətində edilib. Bu xidmətin usta haqqı 15 manatdan 5 manata düşüb.

Mühərrik yağlarının qiyməti  17% endirilib

“Toyota Bakı Mərkəzi”dən bildiriblər ki, servis xidmətləri isə yanaşı mühərrik yağları da 17 % ucuzlaşdırılıb. Əvvəl 1 litr mühərrik yağının qiyməti 12 manat idi. İndi 10 manata düşüb. Məsələn, “Toyota Yaris” modeli 3,5 litr mühərrik yağı tələb olunur. Bu avtomobilin sahibi mühərrik yağına görə, 42 manat ödəməli idisə, indi 30 manat xərcləyəcək.

3 xidmət pulsuzdur

Şirkətdən bildiriblər ki, 3  servis müştərilərə pulsuz təklif edilir. Belə ki, “Toyota” sahibləri fara və işıqların, şüşəsilənin diaqnostikasını, şüşəsilənin dəyişilməsini heç bir haqq ödəmədən  servisdə həyata keçirə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270