AVTO

Azərbaycanda kombayn istehsalı başladı
24 NOYABR
295

Azərbaycanda kombayn istehsalı başladı

2016-11-24 09:50:00

Gəncə Avtomobil Zavodunda “Belarus” traktorlarının bazasında mini pambıqyığan kombaynların istehsalı üçün sınaq işlərinə başlanılıb.

Fins.az “Marja”ya istinadən xəbər verir ki, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin direktoru Kamran Nəzərov bildirib ki, bu kombaynlar fermerlərə olduqca əlverişli olacaq:

“Çünki pambıq yığımı cəmi 2 ay davam edir və ilin qalan 10 ayı ərzində kombaynlar səmərəsiz qalır. Nəzərə alınsa ki, Avropa ölkələrindən alınan pambıqyığan kombaynların qiyməti təxminən 400 min manatdan çoxdur, görün nə qədər vəsait lazım olur. Odur ki, belə qərara gəldik ki, “Belarus” traktorlarının bazasında mini kombaynların yığımına başlayaq. Bunun üçün Belarusun “QomSelmaş” zavodundan gətirdiyimiz kombaynın pambıqyığan aqreqatını “Belarus” traktorunun arxa hissəsinə uyğunlaşdırdıq. İlk sınaq uğurlu oldu və fermerlər bunu razılıqla qarşıladılar. Pambıq yığımı başa çatdıqdan sonra pambıqyığan aqreqat sökülərək növbəti yığıma saxlanılacaq və traktor digər kənd təsərrüfatı işlərinə cəlb ediləcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271