AVTO

Hansı avtomobilləri almaq sərfəlidir? – ARAŞDIRMA
23 NOYABR
5541

Hansı avtomobilləri almaq sərfəlidir? – ARAŞDIRMA

2016-11-23 09:59:00

Son bir ildə Azərbaycanda avtomobillərə münasibət xeyli dəyişib. İqtisadi durğunluq insanları  daha ucuz, kiçik ölçülü, az yanacaq işlədən, sığortası və ehtiyat hissələri ucuz, ustası hər yerdə tapılan avtomobillərə üstünlük verirlər.Avtomobil ekspertləri fins.az-a bildirirlər ki, hazırda iqtisadi şəraitdə avtomobil alıcılarını bir neçə qrupa bölmək olar. Belə ki, bəzi alıcılar dizellə işləyən köhnə krossover alırlar, bəziləri kiçik avtomobil, bəziləri də rus avtomobillərinə üstünlük verirlər.

Bölgələrə və xaricə gedənlər köhnə “Cip”ləri alırlar

Avtomobil eksperti Fərid Məlikov fins.az-a bildirib ki,  hazırda bir qrup alıcı iri mühərrikli olmasına baxmayaraq köhnə “Cip” seqmentində olan avtomobillərə üstünlük verirlər. Belə alıcılar əsasən bölgələrə və xaricə avtomobillə tez-tez səfər edənlərdir.Söhbət 2000-ci il model “Prado”, 2007-2008-ci illərə aid “Mitsubishi Pajero”,  “Hyundai ix35”, “Hyundai Santafe” kimi  qiyməti  8-20 min manat olan modellərdən gedir.Avtomobillərin dizellə işləməsi yanacaq xərci baxımından narahatlığı aradan qaldırır. Digər tərəfdən salonun və baqajının geniş olması rahat ailəvi səyahətə imkan verir. Alıcıların diqqət yetirdikləri əsas məsələlərdən biri avtomobilin hündür olmasıdır. Belə olan halda yolu yaxşı olmayan yerlərdə avtomobili idarə etmək çətinlik törətmir. Avtomobillərin böyük ölçülü və hündür olması qəza hallarında ölüm və xəsarət rikslərini də xeyli azaldır. F.Məlikov deyir ki, avtomobil qəzalarında ölüm və xəsarət halların daha çox sedan tipli modellərdə müşahidə olunur. Ekpertin sözlərinə görə, avtomobilin hündür olması sürücüləri avtomobili daha rahat idarə etməsinə şərait yaradır: “Yəni, sürücü öndəki bir neçə avtomobilin hərəkətini rahatlıqla görə bilir və manevr imkanlarına əvvəlcədən sahib olur”. Sedan avtomobillərdə isə sürücü yalnız qarşısındakı avtomobili görür və ona uyğun hərəkəti tənzimləyir: “Gözlənilmədən öndəki avtomobilin qəzaya düşməsi və ya əyləci basması son nəticədə arxada gələn avtomobilin də qəzaya düşməsinə səbəb olur”.

Qadınlarla yanaşı, kişilərdə kiçik maşınlar sürməyə başlayırlar

Şəhərdəki sıxlıq və gəlirlərin azalması isə paytaxt sakinlərinin Avropada olduğu kimi kiçik modellərə marağının artmasına səbəb olub. Bakı sakinləri 1.2-1.6 litr mühərrikli, tıxacda maksimum 6-7 litr yanacaq işlədən qiyməti 9-14 min manata olan avtomobillərə üstünlük verirlər. F.Məlikov bildirib ki, bunlar əsasən kiçik ölçülü Çin  və Cənubi Koreya avtomobilləridir. Söhbət “Changan”, “Baic”, “Cherry” “Hyundai” və “Kia” kimi markalardan gedir. Ekspert bildirir ki, bu avtomobillər şəhər tıxaclarında az yanacaq işlədir. Mexaniki sürət qutulu versiyalar isə 2 litr daha az yanacaq sərf edir. Maşınların kiçik ölçülü olması şəhər tıxaclarında daha rahat hərəkət etməyə imkan verir. Avtomobili saxlamaq üçün parklama yeri tapmaq daha asan olur. Avtomobillərin kiçik mühərrikli olması sığorta xərcini də 2 dəfə azaltmış olur.Məsələn, 2.5-3.0 litr mühərrikli avtomobillərə görə sığorta xərci 125-150 manatdırsa, 1.4-1.6 litr mühərrikli avtomobil üçün sığorta haqqı 50-75 manat hesablanır.  F.Məlikovun sözlərinə görə, avto kreditlərin dayanması avtomobil alıcılarının işinə əngəl törətmişdi. Təzə modellərlə yanaşı, ikinci əl Çin avtomobillərinin lizinqlə də satışı alıcıları həvəsləndirib. Nəticədə “kiçik avtomobilləri ancaq qadınlar sürür” stereotipi aradan qalxır. Artıq kişilər də kiçik ölçülü avtomobillər almağa başlayıblar.

Rayon sakinləri könhə sovet maşınlarına üstünlük verirlər

Ekspert bildirir ki, bölgələrdə rus avtomobillərinə maraq hələ də qalıb. Bunun bir neçə səbəbi var. Birincisi köhnə Rusiya istehsallı avtomobillər çox ucuzdur. 1000-3000 manat arasında işlək vəziyyətdə olan rus avtomobili almaq olar.Bununla yanaşı, onların ehtiyat hissələri və servisi də ucuzdur. Məsələn, 2000-ci il model “Mercedes” avtomobilinin  yan güzgüzü 100 manatdırsa, “Lada 21015” modelinin 2 yan güzgüsü cəmi 16 manata satılır. Yağdəyişmə  digər modellərdə orta hesabla 80-100 manatdırsa, “Lada”larda 40 manatdır. Bundan əlavə, bu avtomobillərin ustası hər yerdə var: “Bir az avtomobildən məlumatı olan adamda maşında hər hansı problem yaranarsa onu düzəldə bilər”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272