AVTO

Avtoqəzalar ən çox hansı rayonlarda baş verir? – SİYAHI
21 NOYABR
392

Avtoqəzalar ən çox hansı rayonlarda baş verir? – SİYAHI

2016-11-21 14:16:00

2016-cı il yanvar – oktyabr aylarında yol nəqliyyat hadisələri ilə bağlı təcili tibbi yardım xidmətində 794 müraciət qeydiyyata alınıb. Səhiyyə Nazirliyindən fins.az-a verilən məluma görə, bu, ötən ilin analoji göstəricisindən 15% azdır.

Bu hadisələrdə 1 140 zərərçəkən qeydə alınıb. Zərərçəkənlərin 758 (66%) nəfəri xəstəxanaya yerləşdirilıb. 2016- cı ilin yanvar ayından noyabr ayınadək yol nəqliyyat hadisələrində xəsarət alanların sayı 1 984, xəstəxanaya yerləşdirilənlərin sayı 1 677 nəfər olub.

Qeyd edək ki, yol nəqliyyat hadisələri ilə bağlı çağırışlar ən çox Şirvan, Kürdəmir, Yevlax, Siyəzən, Gəncə və İmişli məntəqələrinin xidmət göstərdiyi ərazilərdə qeydə alınıb. Yol nəqliyyat hadisələrinin çox hissəsi yüksək sürətli avtomagistrallarda, günün pik saatlarında baş verir. İstirahət və bayram günlərində əhalinin kütləvi şəkildə şəhərdən çıxması və sonra geri qayıtması yollarda nəqliyyat vasitələrinin sayının çoxluğu yol nəqliyyat hadisələrini qaçılmaz edir.

Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 21 bölməsi üzrə aparılan araşdırmalar göstərib ki, yol nəqliyyat qəzaları daha çox Bakının Sabunçu, Yasamal, Binəqədi və Nərimanov rayonlarının payına düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275