AVTO

Bakıda yeni “Naz Lifan” təqdim edildi – QİYMƏT
21 NOYABR
2737

Bakıda yeni “Naz Lifan” təqdim edildi – QİYMƏT

2016-11-21 09:23:00

Bakıda yerli  istehsal olan  biznes sedan təqdim edildi. Söhbət Naxçıvan Avtomobil Zavodunda (NAZ) istehsal edilən “Naz –LİFAN 820” modelindən gedir. Qeyd edək ki, avtomobil Azərbaycan bazarında yay aylarından etibarən satılmağa başlayıb. Zavod isə  avtomobili noyabr ayının 20-də rəsmi təqdim edib. Avtomobil zavodunun direktor müavini Polad Sadıxov fins.az-a bildirib ki, avtomobil də bir sıra yeniliklər edilib.

2.4 l motor 9.2 litr işlədir

Avtomobilin ölçüləri 2015-ci il modellə müqayidə nisbətən böyüyüb. Bundan əlavə mühərrikdə yeniliklər edilib. Əvvəlki 1.6-1.8 litr həcmi motoru  2.4 litr həcmi versiya əvəzləyib. Mühərrik 161 at gücünə malikdir, avtomobilin maksimal sürəti saatda 180 kilometrdir. Mühərrikin həcminə görə, yancaq sərfiyyatı nisbətən artıb. Əvvəlki modelin yanacaq sərfiyyatı 7 litr idisə, yeni model 9.2 litr yanacaq işlədir. Avtomobil artıq həm də 6 pilləli avtomot sürət qutuludur.

Avtomobil daha komfort olub

Texniki göstəricilərdən əlavə, avtomobilin təhcizatı artıb və daha komporf avtomobilə çevrilib. P.Sadıxov bildirib ki, artıq yeni model “Naz Lifan 820”də arxa görüntü kamerası, monitor, multifunksiyalı sükan, lyuk,qatlanan güzgülər, və oturacaq qızıdırıcıları ilə təhciz edilib. Daha bir yenilik isə salonun və oturacaqların  artıq parça ilə deyil, dəri ilə işlənməsidir.

İqtisadi vəziyyətə uyğun modeldir

P.Sadıxov bildirib ki, biznes sedan bir sıra xüsusiyyətləri ilə  öz seqmentində olan digər modelləri qabaqlayır. Belə ki, hazırki iqtisadi şəraitdə alıcılar az yanacaq işlədən, aşağı qiymətə, həm servisi, həm ehtiyat hissələri ucuz olan avtomobil axtarırlar. Amma nədənsə Çin avtomobillərinə ehtiyatla yanaşırlar. Halbuki,  “Naz Lifan” modelləri hazırki bazar şəraitinə tam uyğundur.

Rəqiblərindən 17-18 min manat ucuzdur

Birincisi “Naz Lifan 820” öz seqmentində olan digər modellərdən 17-18 min manat ucuzdur. Belə ki, bazar üzrə biznes sedanların qiyməti 50 min manatdan yüksəkdir. Yeni “Naz Lifan 820” isə 32500 manata satılır.

Ehtiyat hissələri 3 dəfəyə yaxın ucuzdur

P.Sadıxov bildirir ki, avtomobildə ən çox diqqət yetirilən məsələ onun servis və ehtiyat hissələridir. Avtomobil bu baxımdan da sərfəlidir. “Naz Lifan 820”nin ehtiyat hissələri seqmentində olan digər modellərdən 3 dəfəyə yaxın ucuzdur. Məsələn, digər markalarda belə modelin ön farası 1000 manatdırsa, yerli biznes sedanda bu detal 300 manatdır.

Servisdə 2 dəfə fərq

Avtomobilin servisi də xeyli ucuzdur. Məsələn, “Naz Lifan 820”nin yağdəyişməsi 35 manata başa gəlir. Halbuki, digər modellərdə bu xidmət 80-100 manatdan az deyil.

Avtomobilin alıcılarına gəlincə, P.Sadıxov əlavə edib ki, hazırda bu avtomobili əsaəsn dövlət məmurları, idarə müdirləri alırlar. Amma adi alıcılar da yeni biznes sedana maraq göstərirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275