AVTO

BMW modelləri də qüsurlu çıxdı
18 NOYABR
425

BMW modelləri də qüsurlu çıxdı

2016-11-18 15:43:00

Dünyanın ən böyük avtomobil markalarından biri olan BMW, 33 min 600 avtomobilini hava yastığındakı qüsura görə geri çağırdığını açıqlayıb.

BMW-yə bağlı Rolls-Royce-da da istifadə edilən hava yastığının açılmaması və sürücünün ölməsinin ardından aparılan tədqiqatda, toqquşma anında hava yastığının açılmasını təmin edən sensorun işləmədiyi müəyyənləşdirilib.

BİR NƏFƏR ÖLÜB

BMW tərəfindən edilən açıqlamada, hava yastığında sensorda əmələ gələn bu səhvə görə Çində bir nəfərin ölməsi qeyd edilib.

Geriçağırma BMW-nin 2011 İyun və 2012 Dekabr tarixləri arasında istehsal etdiyi 7 və 5 Seriyası, GT modelləri və Rolls-Royce Ghost modelini əhatə edir. Belə avtomobillər 33 min 600 ədəddir.

Geri çağırılan modellərin 2 min 300-ünün Almaniyada olduğu bildirilib. Texniki xətanın Takata hava yastığından qaynaqlandığını qeyd edən BMW, avtomobil sahiblərinin BMW servislərinə dəvət edilərək üç saat kimi qısa bir müddətdə xətanın aradan qaldıracağını bildirib.

Mənbə:Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272