AVTO

Bakıda Çin və Koreya avtomobilləri ucuzlaşdı – QİYMƏTLƏR
17 NOYABR
1312

Bakıda Çin və Koreya avtomobilləri ucuzlaşdı – QİYMƏTLƏR

2016-11-17 15:51:00

İlin sonuna yaxın  rəsmi dilerlər anbarda qalan köhnə modellərin satışını sürətləndirməyə çalışırlar. Fins.az-ın məlumata görə, şirkətlə bununla bağlı qiymətlərdə endirim edirlər. Növbəti dəfə bəzi Çin və Cənubi Koreya markaları qiymətləri aşağı salıb. Söhbət “Chery” və Azərbaycan avtomobil bazarında o qədər də məşhur olmayan “ Ssangyong” modelindən gedir. 

“Chery” 3 min manat ucuzlaşdı

“Chery Azerbaijan” şirkətindən fins.az-a verilən məlumata görə, hazırda satışda yalnız bir model var. Söhbət “Tiggo 3” avtomobilindən gedir. Şirkət  satışları sürətləndirmək üçün  bu avtomobili 10 %-dən çox ucuzlaşdırıb. Belə ki, əvvəl 26 min manata satılan krossover indi 23 min manata kimi ucuzlaşıb. Şirkətdən verilən məlumata görə, yeni modellərin satışına isə 2017-ci ilin yanvar-fevral aylarında başlanacaq.

“Ssang Yong”ların qiyməti 3400-4000 aşağı düşdü

“Chery”  modelləri ilə yanaşı “Ssang Yong”lərinin qiyməti də aşağı düşüb.  “Ssang Yong Motor Azerbaijan” şirkətindən fins.az-a verilən məlumata görə, hazırda markaya aid 2 modelin satışı həyata keçirilir. “Tivoli” və “Koranda” modelləri 4 min manat ucuzlaşıb. Əvvəl 40 min manata satılan 2016-cı il model “Koranda” indi 36 min manata satılır.  Nisbətən ucuz və kiçik mühərrikli “Tivoli” isə 30 min manatdan 26 600 manata düşüb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275