AVTO

“Hyundai”ın ən qənaətcil “cip”i Bakıda – QİYMƏTLƏR
17 NOYABR
2471

“Hyundai”ın ən qənaətcil “cip”i Bakıda – QİYMƏTLƏR

2016-11-17 11:33:00

Azərbaycanda avtomobil şirkətləri yeni iqtisadi şəraitə uyğunlaşmağa başlayır. Belə ki, ümumi bahalaşma şəraitində Bakıda əvvəl satılmayan nisbətən ucuz olan avtomobil modellərinin satışına başlanılır. Fins.az-ın məlumatına görə, “Auto Azerbaijan” şirkəti  bununla bağlı bəzi modelləri ilk dəfə Azərbaycanda satışa çıxarır. Söhbət yeni “Creta” modelindən gedir. Şirkətdən fins.az-a  bildirib ki,  yeni model artıq bir neçə gündür Bakıda satışa çıxarılıb.

Həm az yanacaq işlədir, həm də digər SUV-lardan ucuzdur

“Auto Azerbaijan”dan verilən məlumata görə, yerli alıcı bir il əvvələ qədər iri, gözəl görünüşlü və çox yanacaq işlədən  krossoveri  rahatlıqla alırdısa, artıq gəlirləri azaldığından indi cibinə qənaət etməyə çalışır. Yəni, daha az yanacaq işlədən və ucuz krossover almaq istəyir. Hazırda isə “Hyundai” və digər markalar arasında krossoverlərin qiyməti 37 min manatdan aşağı deyil. Məsələn,  “Hyundai Tucson” modelinin ən aşağı opsiyalı versiyası 41 min manatdan bahadır.

7 litr benzin işlədir

Yeni “Creta” modeli isə  SUV modelləri arasında həm ən az yanacaq işlədir, həm qiyməti xeyli ucuzdur. Avtomobilin hazırda 1.6 l sadə komplektasiyalı, 1.6 l orta təhcizatlı və 2.0 l full opsiyalı veriyaları satışa çıxarılıb. 4 silindirli 1.6 l  mühərrikli “Creta” 124 at gücündədir. Avtomobil 100 kilometr məsafəyə cəmi 6.7-7.2 litr yanacaq işlədir. Tıxacda  yanacaq sərfi 9 litrə qədər artır. 2.0 l mühərrikli 160 at gücündə olan “Creta” 7.3-8.2 litr  benzin sərf edir. Bakı yollarında yanacaq 10-11 litr yanacaq işlədir.

Avtomobilin ön şüşəsi donmur

Avtomobil “Hyundai” modelləri arasında həm də bir sıra yenilikləri ilə yadda qalıb. Şirkətdən bildirilib ki, ilk dəfə olaraq “Creta” modellərində ön şüşə spiralları quraşdırılıb. Bu şüşəni qardan və donmadan qoruyur.

Ən hündür “Hyundai”  SUV-dur

Daha bir yenili isə onun daha hündür olması ilə bağlıdır. “Hyundai” krossoverləri arasında ən hündür  “Tucson” modeli hesab edilir. Onun yerdən hündürlüyü 17.8 sm-dir. “Creta” isə bu göstəricisi ilə “Tucson”u da geridə qoyub. Belə ki, onun yerdən hüdürlüyü 19 sm təşkil edir. Belə olan halda avtomomobil nahamar yollarda daha rahat hərəkət edə bilir.

Bakıda 31-37 min manata satılır

Avtomobilin qiymətlərinə gəlincə,  1.6 l sadə komplektasiyalı model 31 min manata, orta təhcizatlı versiya 33 min manata satılır. Avtomobilin 2.0l full təhcizatlı versiyası isə 37 min manata təklif edilir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275