AVTO

Azərbaycanda rus maşınlarının satışı kəskin azalıb
15 NOYABR
393

Azərbaycanda rus maşınlarının satışı kəskin azalıb

2016-11-15 10:50:00

Azərbaycanda yeni “LADA” avtomobillərinin  satışı kəskin azalıb. Fins.az-ın məlumatına görə, bu barədə  Rusiya avtomobil istehsalçısı “AvtoVaz” məlumat yayıb. Məlumata görə,  bu ilin 9 ayında Azərbaycanda rus maşınlarının satışları 48% (1478 min) azalıb.

Dolların 2 dəfədən çox bahalaşması qiymətləri artırıb

“AvtoVaz”ın yerli nümayəndəsi “Xazar Lada” şirkətindən məsələyə münasibət bildiriblər. Şirkətin texniki direktoru Şəmsəddin Şəmsəddinov  fins.az-a bildirib ki, yeni Rusiya istehsallı avtomobillərin satışının azalmasının bir neçə səbəbi var. Birincisi və ən əsas səbəb dolların bir il müddətində manat qarşısında 2 dəfədən çox bahalaşmasıdır.

 “Lada” bahalaşmadan daha çox əziyyət çəkir

Belə olan halda bütün bazarlarda olduğu kimi avtomobil bazarında da qiymətlər kəskin artıb. Bu rusiya istehsallı avtomobillərin də qiymətlərinə xeyli təsir edib. Məsələn, ötən il 8-9 min manata satılan yeni “Lada” modelləri hazırki qiyməti 12-15 min manatdır.Qiymətlərin artımı isə Azərbaycan bazarında kütləvi satışı ilə seçilən avtomobillərə marağın azalmasına səbəb olub.

“Kasıb əhali bir neçə minlik bahalaşmanı qarşılaya bilmir”

 Texniki direktorun sözlərinə görə, digər səbəb alıcı kütləsi ilə bağlıdır. Belə ki, bahalı avtomobil markalarının qiymətlərində artım daha yüksəkdir. Amma bu avtomobillərin  əhalinin daha yüksək gəlirli təbəqəsi alır: “Varlı müştəri üçün 10 min manatlıq bahalaşma böyük əhəmiyyət kəsb etmir”. Rusiya avtomobillərini isə əhalinin nisbətən gəlirləri az olan hissəsi alırdı. Onlar da avtomobilin və ehtiyat hissələrinin ucuz olmasını nəzərə alaraq bu avtomobillərə üstünlük verirdilər. Belə müştərilər üçün bir neçə min manatlıq fərq böyük əhəmiyyət kəsb edir.

“Ayda 300-400 maşın satılırdısa, indi 150 satırıq”

Nəticədə satışlar da xeyli azalıb. Ş.Şəmsəddinovun sözlərinə görə, ötən il bir ayda şirkət  300-400 avtomobil sata bilirdisə, indi bu rəqəm 150-yə düşüb. Hazırda daha çox alınan avtomobillər isə “Lada Largus”, “Lada 4×4”, “Lada Granta” “Lada Vesta” modelləridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275