AVTO

Bakıda “Kia” modelləri ucuzlaşdı – QİYMƏTLƏR
14 NOYABR
14116

Bakıda “Kia” modelləri ucuzlaşdı – QİYMƏTLƏR

2016-11-14 13:03:00

Rəsmi  avtomobil dilerləri ilin sonuna yaxın qiymətləri endirməkdə davam edirlər. Şirkətlər ötən ildən stoklarda qalan avtomobillərin satılması üçün tələsirlər. Belə ki, adətən  yeni  avtomobillər yeni ildən satışa çıxarılır. Belə olan halda həmin müddətə kimi köhnə modellər satılmalıdır. Hazırda şirkətlər sata bilmədiklərini  modellərlə bağlı müştəri yığmaq üçün endirimlər edirlər. Yeni modellər sırasında Azərbaycanda daha çox satılan “Kia” avtomobilləri də ucuzlaşmağa başlayıb. “Kia” avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı “KİA Azərbaycan” şirkətindən fins.az-a verilən məlumata görə, 2015-ci il model avtomobillərin nağd satışlarına 15 % endirim edilir.

“Rio”lar 3500 manat ucuzlaşıb

“Kia” modellərinin qiymətlərindən aslı olaraq  endirimin məbləği də dəyişir. Ümumilikdə  qiymət endirimi 3500-9400 manat təşkil edir. Ən az qiymət fərqi ötən ilin “Rio” modellərindədir. 2015-ci il model “Rio”lar 3510 manat ucuzlaşaraq nağd şəkildə 19 890 manata satılır.

“Cerato”lar 4500 manat ucuzlaşıb

Əvvəl  30 100 manata satılan 1.6l benzin mühərrikli  “Cerato” 4515 manat endirimlə 25 585 manata təklif edilir. 40 200 manatlıq “Soul” modelləri 6030 manat, tam təhcizatlı 2.0l mühərrikli model isə 6 390 manat aşağı qiymətlə təklif edilir.

“Carens” modelləri  6500 manat ucuzlaşıb

“Carens” modellərini indi nağd sifariş etmək 5520 -6540 manat ucuz başa gəlir. Əvvəl 36 800 manata satılan 2.0 l mühərrikli “Carens” indi  31 280  manata, tam təhcizatlı  versiya isə 43600 manatdan  37060 manat kimi ucuzlaşıb. Avtomobilin 1.7 l dizel mühərrikli versiyası isə 5880 manat endirimlə 33 320 manata satılır.

İri krossoverlərdə  9 min manat ucuzlaşma

“Kia”nın nisbətən iki krossoverlərində də ucuzlaşma müşahidə edilir.  Əvvəl 50 300 manata satılan “Sportage”in qiyməti 7545 manat aşağı düşərək 42 755 manat olub. Bundan əlavə, 61500 manatlıq “Sorento”nu nağd alanlara  9225 manat endirim edilir.   

Ən böyük endirim -  9400 manat

Ən böyük endirim “Kia”nın premium modeli olan “Cadenza”larda müşahidə olunur. “KİA Azərbaycan”dan verilən məlumata görə, indi 3.5 l mühərrikli “Cadenza” avtomobilini 9 225- 9 390 manat endirimlə 52 275 – 53 210 manata almaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272