AVTO

Sürücülük vəsiqəsi ilə bağlı yeniliklərdə – CİDDİ QÜSÜRLAR
10 NOYABR
913

Sürücülük vəsiqəsi ilə bağlı yeniliklərdə – CİDDİ QÜSÜRLAR

2016-11-10 08:57:00

Noyabrın 11-də Milli Məclisin plenar iclasında yol hərəkəti haqqında qanuna bir sıra dəyişikliklər müzakirəyə çıxarılacaq.

Dəyişikliklərdə ilk dəfə sürücülük vəsiqəsi alanların imtahan verərkən avtomat və ya mexaniki ötürmələr qutusundan istifadə ilə bağlı seçim verilməsi, eləcədə xarici ölkədə alınan vəsiqənin dəyişdirilməsi ilə bağlı yeniliklər öz əksini tapıb. Amma qanunun təhlili bir sıra cavabsız sualları ortaya çıxarır.

Yol hərəkəti haqqında qanuna təklif edilən dəyişikliklərdən biri sürücülük vəsiqəsi almaq üçün imtahanda avtomobilin sürət qutusunun avtomat və yaxud mexaniki olmasının nəzərə alınmasıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, bu yenilikdə qaranlıq qalan bir sıra suallar var

Dəyişiklik qəbul edilsə sonradan mexaniki ötürmələr qutusuna malik avtomobil idarə etmək istəyənlər yenidən imtahan verməli olacaq.

Ekspertin sözlərinə görə yenilik təklif edilərkən ölkənin avtomobil parkı da nəzərə alınmalıdır.

Layihədəki digər yeniliyə görə Azərbaycan vətəndaşı xarici dövlətdə aldığı sürücülük vəsiqəsindən ölkəmizdə yalniz bir ay müddətində istifadə edə biləcək. Həmin müdət vətəndaşın ölkəmizə daxil oldugu gündən hesablanir. Müsbət cəhət ondan ibarətdir ki, hazırda yol polisinin mərkəzi məlumat sistemində xarici sürücülük vəsiqəsi ilə bağlıməlumatlar yoxdur. Bu isə sonradan ciddi problemlərə səbəb ola bilər. Məqsəd həmin vəsiqələrin dəyişdirilərək həmin sistemə inteqrasiya etməkdir. Amma bu bənddə də müəyyən şübhəli məqamlar var.

Ekspertin sözlərinə görə, qanunda belə boşluqların olması sonradan sui istifadəyə eləcə də sürücülərlə polis arasında ciddi mübahisələrə səbəb ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275