AVTO

Bakıda yapon avtomobilləri ucuzlaşdı - QİYMƏTLƏR
08 NOYABR
2633

Bakıda yapon avtomobilləri ucuzlaşdı - QİYMƏTLƏR

2016-11-08 12:31:00

Azərbaycanda Yaponiya avtomobilləri ucuzlaşıb.Söhbət “Mazda”, “Mitsubishi” və “Honda” modellərindən gedir. Bu avtomobillərin Azərbaycanda rəsmi təmsilçisi “Group Motors” şirkətindən fins.az-a verilən məlumata görə, yeni kampaniya çərçivəsində avtomobillərin qiymətləri endirilib və məqsəd azalan satışları canlaşdırmaqdan ibarətdir. Stokda qalan 2015 və 2016-cı illərə aid avtomobilləri noyabr ayının sonuna kimi sifariş edənlərə 10%-ə kimi endirim təklif edilir.

“Mitsubishi”lərə 1900-5500 manat endirim

“Mitsubishi” modelləri 1900-5500 manat ucuzlaşıb.Ən böyük endirim “Mitsubishi Pojero” modelinin tam təhcizatlı versiyasındadır. Avtomobilin qiyməti 65 900 manatdan 60400 manata düşüb. Maşının sadə versiyası isə 5400 manat ucuzlaşaraq 56 100 manat olub. 2016-cı il model “Mitsubishi Outlander” full komplektasiyası artıq 56900 manata deyil, 51 500 manata satılır.2015-ci il model “Mitsubishi Attrage” isə əvvəl 19000 manata satılırdısa, indi 17100 manata təklif edilir.

“Mazda"lar 3500-5500 manat ucuzlaşıb

“Mazda” avtomobillərindən isə 3 modeldə endirim təklif edilir.Söhbət “Mazda 3”, “Mazda 6” və “Mazda CX” modellərindən gedir.Bu avtomobillərə 3500-5500 manat endirim təklif edilir. Məsələn, 1.5 l mühərrikli “Mazda 3” həm sedan, həm də heçbek versiyaları (3500 manat) 35500 manatdan 32 000 manata kimi ucuzlaşıb. Əvvəl 44 900 manata satılan 2.0 mühərrikli “Mazda 6”ın qiyməti 40500 manata, 57 900 manatlıq tam təhcizatlı versiyası isə 52 500 manata kimi aşağı düşüb.
2016-cı il model full komplektasiyalı “Mazda CX” 5500 manat endirimlə 53 400 manata, sadə komplektasiyalı versiyası isə 4400 manat endirimlə 41500 manata təklif edilir.

“Honda”larda qiymət fərqi 900 manatdan başlayır

“Honda” markasına aid həm 2015, həm də 2016-cı il model avtomobillərə endirim təklif edilir. 2015-ci il model “Honda CR-V”in qiyməti 55 500 manatdan 50 000 manata düşüb. 2016-cı il model tam təhcizatlı “Honda CR-V” isə eyni məbləğdə ucuzlaşaraq 54 400 manat olub. 2.4 l mühərrikli “Honda Accord” modeli 5400 manat ucuzlaşıb. Əvvəl 56900 manata satılan maşını indi salonda 51 500 manata təklif edirlər.“Honda” modelləri sırasında ən az endirim ən bahalı modeldədi. Söhbət “Honda Pilot”dan gedir. Avtomobil 900 manat ucuzlaşaraq 79 000 manat olub.


“Subaru”larda yalnız bir model ucuzlaşıb

“Subaru” avtomobillərinin isə “Forester” modeli ucuzlaşıb. Avtomobilin 2.0 l mühərrikli versiyası 4400 manat endirimlə 41 500 manata, 2.5 l mühərrikli model isə 5400 manat endirimlə 52 500 manata satılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270