AVTO

Bakıda yeni 'Mercedes' salonu açılıb
07 NOYABR
1167

Bakıda yeni 'Mercedes' salonu açılıb

2016-11-07 07:22:00

Avtomobil bazarında böhran yaşansa da, Azərbaycanda alman avtomobillərinin yeni dileri – «Abşeron Avtomobil Mərkəzi» MMC yaranıb. 

Salon yaxın günlərdə açılacaq

Fins.az xəbər verir ki, «Mercedes-Benz» avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı olan «AvtoKapital Azərbaycan» MMC-dən deyiblər ki, yeni diler minik və kommersiya avtomobillərini satacaq. Bakı-Şamaxı şosesinin 8-ci kilometrində qurulan geniş avtomobil salonunda satışla yanaşı, təminatlı servis xidməti də göstəriləcək. Yaxın günlərdə açılacaq salona satış üçün çox sayda «Mercedes» modelləri də gətirilib. 

Azərbaycanda sayca üçüncü salondur

İndiyədək ölkədə «Mercedes» avtomobilərinin iki dileri vardı. «Mercedes» minik avtomobillərini Bakıda satışı ilə 2001-ci ildən bəri «Autostar Kaukasus GmbH Baku» şirkəti, yük avtomobillərinin satışı ilə isə 2013-cü ildən bu yana «UEİ Transport» MMC məşğuldur.

«Abşeron Avtomobil Mərkəzi» MMC təxminən iki ay öncə - sentyabrın 5-də yaradılıb. Şirkətə Orxan Hacıyev rəhbərlik edir. 

Hər 100 maşından 17-si «Mercedes»dir

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin əvvəlinə Azərbaycanda 192 min 685 ədəd «Mercedes» minik maşını vardı. Başqa sözlə, ölkədə hər 100 minik avtomobilindən 17-si «Mercedes» modelləridir. Ötən il ölkəyə 3 min 321 ədəd «Mercedes» minik avtomobili gətirilib. Bunların az bir hissəsi «ikinci əl» maşınlarıdır.

«AvtoKapital Azərbaycan» MMC 2012-ci ilin dekabrından «Daimler AG» şirkətinin Azərbaycandakı rəsmi nümayəndəliyi statusu ilə fəaliyyət göstərir. Bu şirkət «UkrAvto» korporasiyasının bir hissəsidir.

Mənbə: azadliq.org

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275