AVTO

Bütün “Hyundai”lar pulsuz yoxlanılacaq – 3 GÜN
03 NOYABR
893

Bütün “Hyundai”lar pulsuz yoxlanılacaq – 3 GÜN

2016-11-03 11:32:00

İlk avtoservis festivalı Bakı Olimpiya Stadionunda keçiriləcək. Bakıda ilk dəfə olaraq avtoservis festivalı keçiriləcək. Fins.az-ın məlumatına görə, söhbət “Hyundai Servis Festivalı”ndan gedir. Festivalı “Hyundai”ın Azərbaycandakı rəsmi distribütoru “Auto Azerbaijan” şirkəti təşkil edir. Avtoservis festivalı noyabr ayının 4-dən 6-sına kimi Bakı Olimpiya Stadionunun ərazisində keçiriləcək. 

“Auto Azerbaijan”dan fins.az-a verilən məlumata görə, festival ərzində stadionun ərazisində çadr bokslar yaradılacaq. Bu bokslarda sürücülərin müraciətləri əsasında avtomobillərə xidmət göstəriləcək. Şirkətdən bildirilib ki, bütün “Hyundai” sahibləri festivalda iştirak edərək pulsuz servisdən istifadə edə bilərlər. Belə ki, avtomobilin texniki baxışdan və elektron diaqnostikadan keçirtmək, mühərrik sistemində azalmış mayelərin əlavə edilməsi, asqı sistemini test sürüşü edərək yoxlamaq, şikayətlərin yerində mümkündürsə həll edilməsi pulsuz olacaq. Bundan əlavə, iştirakçılar rəsmi Hyundai servis mərkəzlərində bir dəfə istifadə etməklə servis xərclərinə 20%, orjinal ehtiyyat hissələrinə isə 10%-lik endirim imkanı verən xüsusi kupon qazanacaqlar. 

İştirakçılar “Hyundai”ın yeni modelləri ilə test sürüşü imkanı da qazanacaqlar. Həmçinin, Festival çərçivəsində iştirakçılara stadion turu da nəzərdə tutulub. Festivalda 500-600 Hyundai avtomobilinə xidmət göstərilməsi nəzərdə tutulub. Amma bu sayın artıq olacağı gözlənilir. 

Hyundai servis və ehtiyyat hissələri şöbəsinin müdürü Şahin Kərimov fins.az-a bildirib ki, festivalın keçirilməsində məqsəd, rəsmi Hyundai Servisinin imicinin yüksəldilməsi, müştəri loyallığının artırılması, müştərilərə servis mərkəzlərindən kənarda xidmət göstərməklə xüsusi dəyər yaratmaqdır: “Hyundai satışda olduğu qədər, satışdan sonrakı xidmətlərdə hər zaman önəm verir.Keçiriləcək festival servisə verdiyimiz önəmin növbəti bariz nümunəsidir”. 

Qeyd edək ki, festivala qatılmaq pulsuzdur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270