AVTO

Azərbaycan xaricə avtomobil ixrac edəcək
31 OKTYABR
738

Azərbaycan xaricə avtomobil ixrac edəcək

2016-10-31 08:15:00

“İran Khodro” Azərbaycanda istehsal olunan avtomobillər üçün satış bazarları müəyyən edir.

“İran Khodro” Azərbaycanda istehsal olunan avtomobilləri Ukrayna və Gürcüstana ixrac etməyi planlaşdırır.

Xəbər verdiyimiz kimi, avqustun 6-da Neftçala Sənaye Məhəlləsində Azərbaycanın “Azevrocar” MMC şirkətinin İranın “İran Khodro” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə avtomobil istehsalı zavodunun təməli qoyulub.

İstehsal gücü ildə 10 min ədəd avtomobil olacaq zavodda 300 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Layihə üzrə müvafiq anlaşma memorandumları bu ilin aprelində imzalanıb. İyun ayında isə avtomobil zavoduna Neftçala Sənaye Məhəlləsinin iştirakçısı statusunu təsdiq edən şəhadətnamə verilib. Neftçala Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun qurulması köməkçi sənaye istehsalı və xidmət sahələrinin inkişafı üçün də əlverişli imkan yaradır.

Zavodun layihə dəyəri 15 milyon ABŞ dollarıdır. Bu vəsaitin 25 faizinin İran şirkəti tərəfindən yatırılması barədə razılıq əldə edilib. İnvestisiyanın 75 faizi isə özəl Azərbaycan şirkəti tərəfindən yatırılacaq. Zavod 2018-ci ilə qədər istifadəyə veriləcək.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272