AVTO

Taksi xidmətinin qiymətləri eyni olacaq
28 OKTYABR
464

Taksi xidmətinin qiymətləri eyni olacaq

2016-10-28 11:59:00

Şəxsi avtomobili ilə taksi xidməti göstərən avtomobillərdə qiymətlərin tənzimlənməsi ilə bağlı Tarif Şurasına müraciət ediləcək.

Əsas səbəb fərdi taksilərdə xidmət müqabilində göstərilən qiymətlərlə bağlı yaşanan xaosdur. Müraciət qəbul edildikdən sonra qanuni şəkildə fəaliyyət göstərən fərdi taksilərdə qiymətlər xüsusi qaydalarla tənzimlənəcək.

Qiymətlərin tənzimlənməsi taksilərə fərqlənmə nişanları verildikdən sonra həyata keçiriləcək. Fərdi qaydada taxsi xidməti göstərən sürücülərin fərqlənmə nişanı alması iki ay ərzində yekunlaşacaq. Fərdi taksilərdə standart qiymətlərin tətbiqi birmənalı qarşılanmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275