AVTO

Bakıda yarım milyonluq avtomobilə sifarişlər başlayır
27 OKTYABR
829

Bakıda yarım milyonluq avtomobilə sifarişlər başlayır

2016-10-27 15:43:00

Rolls-Royce” 2017-ci ilin yaz-yay kolleksiyası olaraq yeni “Dawn Inspired by Fashion” (“Dəbdən ilhamlanmış”) modelini təqdim edib. Fins.az-ın məlumatına görə, dizaynerlər bu dəfə yeni “Dawn Inspired by Fashion” (“Dəbdən ilhamlanmış”) modelini  hazırlayıblar. “Dawn Inspired by Fashion”  üç rəngdən ibarət kolleksiya ilə buraxılıb. Avtomobili  sifariş edənlər “Mugello Red( qırmızı)“Cobalto Blue” (göy) və “Mandarin” ( narıncı rənglərin) rənglərindən birini seçə bilərlər.

Kapotun altında 570 at gücündə 6.6 l motor var 

Texniki göstəricilərə gəlincə, kabriolet  6,6 l  V12, tvin–turbo  mühəriklə təhciz edilib. 570 at gücündə mühərrik 0-100 km/saat sürəti 4,9 saniyəyə yığır. Lüks avtomobilin maksimal sürəti isə saatda 250 kilometrdir. Avtomobilin qiyməti 400 min dollardan başlayır, son məbləğlə bağlı isə limit qoyulmayıb.

Yeni  “Rolls-Royce” Bakıda yarım milyon manatdan ucuz olmayacaq

Yeni modeli Bakıda da almaq olacaq. Limitlə buraxılan lüks avtomobilin Bakıda  yarım milyon manatdan ucuz olmayacağı gözlənilir.Rolls-Royce Bakı Mərkəzindən fins.az-a verilən məlumata görə, artıq “Dawn Inspired by Fashion”i Bakıda da sifariş etmək mümkündür. Mərkəzdən bildiriblər ki, avtomobil bazarında yaranan durğunluq yalnız sifarişlə satılan lüks modellərin də satışına təsirsiz ötüşməyib. Sifarişlərdə 40-50% arasında azalma müşahidə edilir. Amma bu avtomobillərə maraq azalmayıb: “ Hər modelin öz alıcısı var.Məsələn, gənc müştərilər əsasən iki qapılısı sport versiyaları seçirlər. Əksinə, iş adamları və şəxsi sürücüsü olanlar daha böyük, məsələn elə “Dawn Inspired by Fashion” kimi modellərə üstünlük verirlər”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272