AVTO

Yük maşınları ilə bağlı – REYDLƏR BAŞLADI
27 OKTYABR
304

Yük maşınları ilə bağlı – REYDLƏR BAŞLADI

2016-10-27 10:48:00

“Azəravtoyol” ASC normadan artıq yüklənmiş maşınlara qarşı mübarizəyə başlayıb.
Fins.az  xəbər verir ki, oktyabr ayından başlanılan yoxlama tədbirlərinin son 10 günü ərzində 200-ə yaxın yük maşını sürücüsünə protokol tərtib edilib, 200-dən artıq avtonəqliyyat vasitələrinin sahiblərinə isə bununla bağlı xəbərdarlıq olunub.
Tələblərin pozulması halları Tərəzi Nəzarət Məntəqələrində öncədən görən elektron avtomobil tərəziləri vasitəsi ilə aşkarlanır.
Qeyd edək ki, normadan artıq yüklənmiş maşınlar avtomobil yollarına və körpülərə ziyan vurmaqla yanaşı, digər hərəkət iştirakçıları üçün də təhlükə mənbəyidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270