AVTO

Bu avtomobili alanlara servis pulsuz olacaq – YENİLİK
26 OKTYABR
524

Bu avtomobili alanlara servis pulsuz olacaq – YENİLİK

2016-10-26 11:58:00

Azərbaycanda ilk dəfə  yeni avtomobil alanlara servis pulsuz olacaq. Söhbət 2016-cı il model “Volkswagen Passat” avtomobillərindən gedir. Bu barədə fins.az-a “Volkswagen” Azərbaycanda yeganə rəsmi idxalçısı olan «Euro Style LTD» şirkətindən bildiriblər. Şirkətin marketinq meneceri Fərid Abdullayev fins.az-a bildirib ki, məqsəd “Passat” modelinə olan inamı yenidən qaytarmaqdır.

“Passat”ın  “rasxodlu maşın” olmadığını sübut edəcəyik”

Belə ki, MDB ölkələrində satılan 2011-2013-cü illərə aid “Passat” modellərində sürət qutusu ilə bağlı problem yaranmışdı. Nəticədə avtomobil alıcıları arasında avtomobilin  “problemli”, “rasxoddu maşın” olması rəyi formalaşmışdı. Şirkət “tilsimi sındırmaq üçün” və avtomobilin imicini bərpa etmək üçün yeni modelin servis xərclərini  öz üzərinə götürüb: “Passat”ın nə dərəcədə etibarlı avtomobil olduğunu göstərmək istəyirik.” 

F.Abdullayev bildirib ki, nəticədə müştərilər nə ehtiyat hissələrinə, nə də ustalara ödəniş etməyəcək. Belə ki, yağ, hava və yanacaq filtirləri, mühərrik yağı, mühərrik şamları, mühərrikin dişli qayışı, generator qayışı, əyləc yastıqları və əyləc mayesi, dayaq diskləri və onların dəyişilməsi xərclərini rəsmi diler qarşılayacaq. Bundan əlavə, avtomobilə texniki baxış, elektron diaqnostika, təkər balansı və yerdəyişməsi də pulsuzdur.

“İlin əvvəlindən maşının qiymətini dəyişməmişik”

F.Abdullayev bildirib ki, ilin əvvəlindən etibarən dolların bahalaşması ilə avtomobillərin qiymətləri bahalaşıb. Buna baxmayaraq fevral ayından satışa çıxarılan yeni “Passat”ın qiymətində dəyişiklik edilməyib və hazırda 53900 manata satılır. Bu isə o deməkdir ki, servis xərci avtomobilin qiymətinə əlavə edilməyib. 

Qeyd edək ki, noyabr ayının 30-nə qədər “Volkswagen Passat” modelini alan müştərilər  5 il və ya 150 min kilometr pulsuz servisdən yararlana biləcəklər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272