AVTO

Bakıda 235 min manatlıq avtomobil satışa çıxarıldı - FOTOLAR
24 OKTYABR
10614

Bakıda 235 min manatlıq avtomobil satışa çıxarıldı - FOTOLAR

2016-10-24 12:17:00

Bakıda 235 min manatlıq avtomobil satışa çıxarılıb. Söhbət 2016-cı il model “Cadillac Escalade” avtomobilindən gedir. Avtomobilin interyer və eksteryerində köklü dəyişiklik olmasa da, qiyməti 70 min manata yaxın artıb.Bu barədə fins.az-a “Chevrolet” və “Cadillac” markalarının rəsmi dileri “Performance Center” şirkətindən bildirilib.Lüks avtomobilin satışına ötən həftədən etibarən başlanılıb.

Bakıda 18 litr yanacaq işlədir

Rəsmi dilerdən bildirilib ki, yeni model güclü mühərriki və aerodinamik özəllikləri ilə diqqət çəkir.Belə ki, 6.2 l mühərrik 402 at gücü hasil edir. Bu qiymətə avtomobil alanlar üçün onun yanacaq sərfiyyatı o qədər də əhəmiyyət daşımır. Amma xatırladaq ki,  yeni “Cadillac Escalade” şəhər yollarında ,xüsusilə də tıxacda 18 litr yanacaq işlədir. 

Texniki yeniliklər

Avtomobilin yenilikləri sırasında isə daxildə yer alan güclü Bose səs sistemi, 12 düymlük LCD ekran, sürücü rahatlığı üçün inkişaf etdirilmiş saxlama sistemini misal göstərmək olar. Bundan əlavə avtomobildə toqquşma ehtimalı olduqda sensor sistemi sayəsində diqqətsiz sürücünü xəbərdar etmə  siqnalı, nəqliyyat yavaşladıqda avtomobili avtomatik olaraq yavaşladan sistem quraşdırılıb. Təhcizatına gəldikdə isə “Cadillac Escalade”  platinum modifikasiyalı ilə satışa təqdim edilib.

Böhran lüks modellərin satışa təsir etmir

Maraqlıdır ki, Azərbaycanda avtomobil satışlarda böhran yaşanmasına baxmayaraq, lüks modelin satışında bu hiss edilmir. 235 min manatlıq avtomobilin alıcıları heç də az deyil. “Performance Center”dən verilən məlumata görə, yenicə satışına başlanılan “Escalade” modelindən hazırda salonda yalnız biri qalıb. Digərləri isə artıq satılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270