AVTO

Azərbaycanda “Lexus”lar niyə bahadır? – 26 MİN DOLLARLIQ FƏRQ
20 OKTYABR
3037

Azərbaycanda “Lexus”lar niyə bahadır? – 26 MİN DOLLARLIQ FƏRQ

2016-10-20 15:15:00

Azərbaycanda yeni avtomobillər qonşu ölkələrlə müqayisədə xeyli baha satılır. Fins.az-ın məlumatına görə,  qiymət fərqi nisbətən ucuz modellərdə az hiss edilsə də, bahalı avtomobil markalarında bu fərq dah böyükdür. Qiymət fərqi bəzən fantastik həddə - 30-70 min dollara qədər arta bilir. “Audi”, “Mercedes”, “Toyota”, “BMW”dən sonra fins.az bu dəfə “Lexus”ların qiymətlərini müqayisə edib. Məlum olub ki, Rusiya bazarı ilə müqayisədə Azərbaycanda “Lexus”lar 26 min dollara kimi baha satılır. Bundan əlavə qeyd edək ki, “Lexus Bakı Mərkəzi” rəsmi sayt və reklamlarda qiymətləri manatla göstərsə də satışlar dollarla həyata keçirilir.

Ən aşağı qiymət fərqi - 2600 dollar

“Lexus” modelləri arasında ən az qiymət fərqi 2.0 l Turbo mühərrikli “Lexus NX”lərdədir -2600 dollar. Bu avtomobili “Lexus” Rusiyadakı rəsmi dileri 46400 dollara satdığı halda, Bakıda 49 min dollara təklif edilir.

“Lexus NX”lər 7270 dollar bahadır

 “Lexus NX”ın 3.0 l. hibrid mühərrikli  versiyasında qiymət fərqi 7270 dollara kimi artır. Belə ki, avtomobilin Rusiyada satış qiyməti 52 730 dollar, Azərbaycanda isə 60 min dollardır.

 Bu modeldəki qiymət fərqinə əlavə bir maşın da almaq olar

Avtomobillərin qiymətləri artdıqca qiymət fərqi daha da yüksəlir.Məsələn, 3.5 l Turbo mühərrikli “Lexus RX” avtomobili Bakıda 11400 dollar baha satılır. Başqa sözlə, Rusiyadan bu “Lexus” modelini almaq istəyənlər  qiymət fərqinə əlavə bir avtomobil də ala bilərlər.

Ən böyük qiymət fərqi -26 min dollar

Ən böyük qiymət fərqi “Lexus”un ən  bahalı modelində müşahidə edilir. Söhbət 5.7 l mühərrikli “Lexus LX” modelindən gedir. Avtomobilin qiyməti reklamlarda 170-190 min manat qeyd edilir. “Lexus Bakı Mərkəzi” isə bu modelin 127 min dollara satıldığını açıqlayıb. Bu avtomobili  Moskvadan sifariş etmək nə az nə çox 26 min dollar ucuz başa gəlir. Rusiyadan eyni avtomobili 101 min dollara almaq olar. 

 Lexus

Mühərrik

Azərbaycanda (dollar)

Rusiyada

 

Qiymət fərqi

rubl

dollar

LX 570

  5.7 l    

127 000

 6 362 000

101 000 

26 000

NX (Full)

2.0 T

49 000

2 924 000

46 400

 2 600

NX

 3.0 H

60 000

3 322 000

52 730

7 270

RX

3.5 T

71 000

3 751 000

59 600

11 400

“Lexus Bakı Mərkəzi”: “Qiymətləri biz təyin etmirik”

Yaranan qiymət fərqi ilə bağlı “Lexus Bakı Mərkəzi”ndən  fins.az-a münasibət bildiriblər. Şirkətin marketinq departamentindən bildirilib ki, Bakıdakı satış qiymətləri rəsmi diler tərəfindən müəyyənləşdirilmir: “Azərbaycan üzrə qiymətləri  “Lexus”un Avropa üzrə distribütoru təyin edir. Avtomobillər də həmin qiymətlər əsasında satışa çıxarılır”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275