AVTO

"Volkswagen" xərclərini xeyli azaldır – SƏBƏB
17 OKTYABR
149

"Volkswagen" xərclərini xeyli azaldır – SƏBƏB

2016-10-17 09:06:00

"Volkswagen" avtomobil konserni "dizel qalmaqalı" üzrə kompensasiyaların ödənişi səbəbindən 2017-ci ildə xərclərini 10% azaldacaq. "Fins.az xəbər verir ki, bunu konsernin rəhhbəri Mattias Müller deyib. 

"Xərclərin azaldılması ağır prosesdir. Lakin şirkət avtomobil sənayesindəki struktur dəyişikliklərinə riayət etməlidir ki, bu da az xərc aparmır", - deyə şirkət rəhbəri əlavə edib.

Qeyd edək ki, noyabrın 18-də şirkətin Müşahidə Şurasının iclası keçiriləcək. Həmin iclasda qarşıdan gələn illər üzrə xərclərin planı təsdiqlənməlidir.

Bundan öncə "The Wall Sreet Journal" yazıb ki, "Volkswagen" ABŞ-dakı dilerlə $1,2 mrld. həcmində təzminat ödəməyə razılaşıb.

Eləcə də bax: http://fins.az/avto/908005/volkswagende-kutlevi-ixtisarlar.html

Eləcə də bax: http://fins.az/avto/906837/volkswagen-antinobel-mukafatina-layiq-gorulub.html

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274