AVTO

Gəncə avtomobilləri xaricə ixrac olunub – İLK DƏFƏ
14 OKTYABR
449

Gəncə avtomobilləri xaricə ixrac olunub – İLK DƏFƏ

2016-10-14 12:40:00

Bu il Gəncə Avtomobil Zavodunun məhsulları ilk dəfə xaricə ixrac olunub.

Fins.az-ın verdiyi vəlumata əsasən, zavodun mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov bildirib ki, cari ildə müəssisədə 703 ədəd müxtəlif modeldə traktor,119 ədəd müxtəlif modeldə “MAZ”, 100 ədəd “KamAZ”, 167 ədəd “URAL” avtomobilləri yığılaraq istifadəyə verilib. Bu müddətdə həm də 142 ədəd qoşqulu su çəni, traktor üçün 6 ədəd kotan, 5 ədəd DEM modeldə ekskavator yığılıb.

"Müəssisədə istehsal xətlərinin sıxlığı nəzərə alınaraq, 30 min kvadratmetr sahədə yeni istehsal sahəsi yaradılır. Ən müasir avadanlıqlarla təchiz olunan və texnoloji xətlərin quraşdırıldığı istehsal sahəsində müasir avtobusların yığımı nəzərdə tutulur. Zavodda yeni istehsal xəttinin işə düşməsi ilə daha 150 nəfər işlə təmin ediləcək".

Məqsəd Rəhimov qeyd edib ki, Gəncə Avtomobil Zavodu istehsal gücünü daha da artırmaq üçün məhsullarının xarici bazarlara çıxarılması istiqamətində fəal iş aparır. Bu məqsədlə müəssisənin servis və marketinq şöbəsi ixrac imkanları üçün bazar araşdırmalarını davam etdirir. Aparılan danışıqların nəticəsi olaraq cari ildə Gürcüstana 11 traktorun satışı həyata keçirilib.

Mənbə: Azərtag

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272